Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Гостевая книга [ Добавить запись ]

Страницы: 1 2 3 ... 6 7 »
Показано 1-20 из 136 сообщений
136. Səlimova Aliyə   (12.03.2015 22:08)
Salam,Seymur.Kosmosa uçan raketin başlanqıc sürəti şaquli yuxarı yönəlir, ona ğörə o atmosferi tez tərk edir və onun üst qatı az qızır.Yanacaq kimi istifadə edilən maye hidroqen çox aşağı mənfi temperaturda olduğu üçün raketin ətrafında buxar əmələ ğəlir .Düşən raketin trayektoriyası daha mail olur və raket çox qızır.

135. melikov seymur   (18.02.2015 17:03)
Salam muellime.Neye gore atmosferden cixan roket yanib kul olmur.Birde roketler ne ile isleyir?Mence benzinle deyil

134. Səlimova Aliyə   (11.12.2014 19:55)
Salam,Seymur!Neft,kömür yataqları qurtarana qədər alimlər yeni enerji mənbələrini icad edəcəklər.Hal-hazırda küləyin,suyun,atomun enerjilərndən istifadə edirlər(onların enerjisindən elektrik enerji alınır).Texnikada yenilik-bioenerji ilə işləyən avtobus.

133. Məlikov Seymur   (08.12.2014 18:55)
hands prof santa respect respect eek

132. Məlikov Seymur   (08.12.2014 18:45)
Salam muellime.Mence 21-ci esrin sonuna qeder komur neft yataqlari qurtaracaq.Ona gore yer kuresinde inkisaf azalacaq.Bu o demek deyilki yer kuresi dagilacaq.Yer kuresi siz deyen kimi 100 min il qalacaq

131. Aliyə Səlimova   (07.12.2014 20:51)
Salam,Məhəmməd!Narahat olma-alimlərin bütün proqnozlarında bizim planet Günəşlə birlikdə ən azindan 100 min il mövcud olmalıdır(qlobal təbii fəlakətlər və insanın pis əməlləri olmasa).

130. İBADOV MƏHƏMMƏD   (04.12.2014 18:07)
aliyə müəllimə 3D Günəş sistemində 2100-ci ilə kimidir.Sizcə 1 əsirdən sonra Yer kürəsi mövcud olacaq?

129. Aliyə Səlimova   (24.11.2014 20:46)
Şahin və Seymur!Artıq biz ümumdünya çazibə qanunu ilə tanış olduq-son dərsimizdə.İndi siz başa düşürsiniz ki planetləri Günəş ətrafında,halqaları isə Saturn ətrafında saxlayan ümumdünya cazibə qüvvəsidir,Saturnın 6-dan çox halqası var,onlar tozdan,buz parçalarından və daşlardan ibarətdilər(ölçüləri 1sm-dən bir neçə metrə kimidir)ş

128. melikov seymur   (13.11.2014 20:48)
Salam muellime.Bir planetin kosmosda qalmsinin sebebi nedir?

127. sahin:)   (03.11.2014 16:26)
VE muellime o halqalar neden ibaretdir?

126. sahin:)   (03.11.2014 16:25)
Salam muellime muellime neye gore Saturnda halqalar var?

125. sahin:)   (28.10.2014 13:49)
Muellime men alimler sehifesine girdim Nikola Tesla haqqinda oxudum maraqlidi

124. sahin:)   (27.10.2014 12:53)
Tesekkur esirem muellime smile

123. Aliyə Səlimova   (21.10.2014 21:20)
Salam,Şahin!Əslində Ayda cazibə qüvvəsi Yerdə olan cazibə qüvvəsindən 6 dəfə azdır.Planetin cazibə qüvvəsi onun kütləsindən və ölçülərindən asılıdır.Yer Aydan 6 dəfə böyükdür.

122. sahin:)   (16.10.2014 18:20)
sAlam muellime muellime neye gore ayda cazibe quvvesi yerdekinden daha coxdur

121. melikov seymur   (29.05.2014 16:52)
Aliyə müəllimə dərs qurtarır.Sizin üçün darıxacağam.

120. melikov seymur   (26.05.2014 14:06)
Salam Aliyə müəllimə.Nəyə görə ulduzlar çox uzaqdadır?

119. ;)   (21.05.2014 17:33)
mektebde qurtarir darixacayiq sizin ucun Aliye mellime sentyabrin 15 gorusmek uzre smile

118. ;)   (21.05.2014 17:18)
mellime saytiniza nedie bu bele yazilar gelir bilmirsiz?

117. Səlimova Aliyə   (11.05.2014 23:59)
Seymur və Pərviz,Günəş sistemi 5 milyard il əvvəl qaz-toz buludundan yaranıb. Buludun əsas hissəsi Günəşə,qalanı isə-0,1 hissəsi planetlərin payına düşdü.Yer Günəşin cazibəsi nəticəsində onun ətrafında 30 km/san sürəti ilə havasız fəzəda-kosmosda-hərəkət edir.Günəş sistemi isə özü bütövlikdə 220km/san sürəti ilə Bizim qalaktikanın mərkəzi ətrafında dövr edir.Qalaktika-ulduzlar toplusudur.Bizim Qalaktikanin başqa adı-Süd Yolu,ora təxminən 200 milyard ulduz daxildir.Teleskopla çəkilən bir şəkildə 10000 qalaktik görünür.Astronomlar hesab edir kainatda ən azı 100 milyard qalaktik var.


Имя *:
Все смайлы
Код *: