Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya

Astrofiziklər yerəbənzər planetin tapıldığını təsdiq etdilər


Kepler teleskopu vasitəsilə tapılan kiçik planetin Yerə bənzər olması rəsmən təsdiqləndi. Alimlərin bu barədə məqaləsi "Nature” jurnalında dərc olunub. Artıq bu planetə "mini Yer” və ya "kiçik Yer” adı verilib. Çünki, daha öncə Yerə bənzər böyük planet (onun çəkisi 5-10 Yer ağırlığındadır) aşkarlanarkən, ona "super Yer” və ya "böyük Yer” adı verilmişdi. 

2011-ci ilin dekabrında Kepler kosmik teleskopunun topladığı məlumatların müzakirəyə çıxarıldığı Kepler elmi konfransnda bir qrup alim Kepler-20 ulduz sistemində yeni planetin kəşf edildiyi barədə hesabat verdi. Lakin, alimlər "Nature” jurnalında məqalə dərc etməyənə qədər bu faktı jurnalistlərdən gizlətməyə çalışırdılar.

Məqalənin işıq üzü görməsi ilə məlum oldu ki, astronomlar kepler-20 ulduz sistemində Yerin ölçülərinə uyğun 2 planet kəşf ediblər. Onların dəqiq çəkisi hələlik məlum deyil. Hər iki planet öz ulduzlarına yaxın orbittə hərəkət edirlər. Həmin planetlərin biri ulduz ətrafında 6, digəri isə 20 gün ərzində dövr edir. Səthin hərarəti təqribən 1000 Kelvinə bərabərdir. Alimlərin fikrincə, həmin sistemdə digər planetlər də var ki, bunu bir neçə aydan sonra dəqiq demək olacaq.

Kepler teleskopu 2009-cu ildə kosmik fəzaya buraxılıb. Onun əsas missiyası tranzit üsulla ekzoplanetləri aşkar etməkdir. Yəni teleskop fasiləsiz olaraq ulduzları müşahidə edir, hansısa planet ulduzun diskindən keçəndə ulduzda "ləkə əmələ gəlir”, teleskop da bunu dərhal qeydə alıb məlumat toplayır. Keplerin fəaliyyət dairəsi Qu quşu və Lira ulduz topalarını əhatə edir ki, burada da 4,5 milyon ulduz mövcuddur.