Qulaqcıqlar
və bizim eşitmə qabiliyyəti
İndi qulağında qulaqcıq
olmayan yeniyetmə və gənclərə rast gəlməmək mümkünsüzdür. Hətta bəzən orta
yaşlı insanlar da onların sırasına qoşulurlar. Gənclər müsiqini hər yerdə
dinləyirlər: küçədə, nəqliyyatda, dərsdə, mağazada, evdə və i.a. Və bu musiqi
pərəstişkarları ətrafdakıların diqqətini çox da cəlb etməmək üçün vakuum
qulaqcıqları seçirlər, daha doğrusu qulaq dəliyinə çox rahatca və daha dərin
oturulan qulaqcıqları. Belə qulaqcıqla musiqi dinləmək daha keyfiyyətlidir və
ətrafdakı səs-küy musiqi sədalarına qarışmır. Ancaq çox az adam o barədə
düşünür ki, sevimli musiqidən ayrılmamaq arzusu sonrakı qarşısıalınmaz
fəsadlara – başgicələnməyə, qulaqda səsə, cingiltiyə və nəticədə eşitmə
qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Həkimlər və alimlər belə bir
kədərli nəticəyə gəlmişlər ki, "yüksək səsli musiqini qulaqcıq vasitəsilə daim
və uzunmüddətli dinləmək qaçılmaz olaraq eşitmə qabiliyyətinin zəifləməsilə
nəticələnir”. Söhbət o kəslərdən gedir ki, ardıcıl olaraq bir neçə il 80% səs
yüksəsliyi ilə 90 dəqiqə ərzində günbəgün musiqi dinləyirlər. Qulaqcıqlar
barədə bu narahatlıq öz təsdiqini artıq tapmışdır: həyəcanlı statistika gənclər
arasında eşitmə zəifliyinin çox sürətlə artmasını təsdiq edir.
Ehtiyyət
tədbirləri
Heç kim sizi bu gündən
başlayaraq sevimli musiqinizi dinləməkdən imtina etməyə çağırmır. Ancaq onun
orqanizmə bəzi təsir mexanizmlərini bilməklə, bu prosesi nəzarətdə saxlamaq və
onun neqativ təsirindən qorunmaq kifayətdir.
·
Sağlamlığını qorumaq istəyən şəxslərə mütəxəssislər
məsləhət görürlər ki, taxma qulaqcıqlarda maksimal yüksək səslə uzun müddət
musiqi dinləməsinlər. Əgər musiqi
dinləyən şəxs eyni zamanda yaxınlıqdakı adamın nitqini də eşidə bilirsə, belə
səs tonu yolveriləndir.
·
Yaxşı olar ki, bütün qulaq seyvanını tam örtən və
sağlamlığa təhlükəli yüksək səsə imkan yaratmayan qulaqcıqlardan istifadə
olunsun.
·
Əgər 70 dB və daha artıq səs gücü daimi olaraq
qulaqda yerləşən sensor hüceyrələrə təsir göstərərsə, onda insanda xroniki neyronsensor
ağır eşitmə əmələ gəlir, buna başqa sözlə səs travması da deyirlər. Müqayisə
üçün nəzərinizə çatdıraq ki, müasir
pleyerlər 110-120 dB güclü musiqi səsləndirə bilərlər. İnsan qulağı üçün
təhlükəsiz səs səviyyəsi isə 25-30 dB-dir.