Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya

2012-2013 tədris ili

Fizika fənni üzrə olimpiada (şəhər turu)

XI sinif

Variant 1

1.     Neytron ulduzu peykinin minimum fırlanma periodunu hesablayın. Neytron ulduzunun sıxlığı ρ=1017 kq/m3-dur.

 

2.     Bir mol ideal qaz üzərində iki izoxor və iki izobardan ibarət dairəvi proses icra olunur. İzobarlarda təzyiqlərin nisbəti α=1.25, izoxorlarda həcmlərin nisbəti β=1.2-dir.

    Qaz göstərilən dairəvi prosesdə nə qədər iş görər? Dairəvi prosesdə    

    maksimum və minimum temperaturlar arasında fərq ΔT=100 K-dır.   

    Universal qaz sabiti R=8.3 C/K mol

 

3.     Lövhələri üfüqi vəziyyətdə qoyulmuş müstəvi kondensator yarısına qədər, dielektrik nüfuzluğu ε=2 olan maye dielektrikə batırılmışdır. Kondensatorun lövhələri şaquli vəziyyətdə həmin dielektrikə nə qədər batırılmalıdır ki, onun tutumu əvvəlki kimi qalsın? Hər iki halda kondensatorun lövhələri arasındakı məsafə eyni qalır.

 

4.     Fokus məsafəsi –F olan səpici linza ilə fokus məsafəsi F olan toplayıcı linza arasındakı məsafə 2F/3-dir. Cismi sistemin baş optik oxu üzərində səpici linzanın qarşısında hansı məsafədə yerləşdirmək lazımdır ki, xəyal mövhümi alınsın?

 

5.     Volt-amper xarakteristikası İ=AU2 (A=const, U>0) olan elektrik elementini EHQ-si ε olan mənbəyə qoşdular. Mənbəyin daxili müqaviməti r olarsa elektrik elementindəki gərginliyi təyin edin.