Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya

10-11-ci sinif

MKN əsasları

Atmosferdə diffuziya yolu ilə müxtəlif maddələrin yayılması. Atmosfer havasının çirklənmə dərəcəsinin hündürlükdən asılılığı.

Qaz qanunları

Atmosferin tərkibi. İnsanların istehsal fəaliyyətinin təsiri. Torpağın "nəfəsi” və onun atmosferin çirklənməsi ilə əlaqəsi.

Temperatur və onu ölçmə üsulları

Temperatur - əsas ekoloji amil kimi. Temperatur dəyişməsinin orqanizmlərin maddələr mübadiləsinə təsiri.

Doymuş və doymamış buxarlar

Bəzi qazların toksikliyi və onların atmosferdə "davamlılığı”.

Havanın rütubətliliyi

Havanın rütubətliliyinin əhəmiyyəti və onun bioloji sistemlərə təsiri. Rütubətlə temperaturun canlı orqanizmlərə birgə təsiri. Atmosferin çirklənməsinin oradakı buxarların kondensasiyasına təsiri. Dolu ilə mübarizə.

Səthi dartınma

Torpağın şoranlaşmasının fiziki əsasları və bununla perspektiv mübarizə üsulları. Nohurların səthinin suyun (və yağıntıların) buxarlanmasının azalmasına gətirib çıxaran çirklənməsi. Mayelərin qatışıqlardan t

Mizlənməsi üçün islatma hadisəsindən istifadə etmə.

Kapillyar hadisələri

Torpağın strukturu, onun pozulmasının səbəbləri və bunun qarşısının alınması üçün görülən tədbirlər. Torpaqda və bitki aləmində kapillyar hadisələri. Torpağın və suyun mühafizəsi, onların səmərəli istifadəsi.

Bərk cisimlər fizikası

Verilmiş xassəli işlənmiş materiallarla (plastik kütlə, polietilen) ətraf mühitin çirklənməsi.

Termodinamikanın əsasları

Təbiətdə temperatur diapazonu, temperaturun biosferə təsiri. İstilik mühərrikləri – atmosferin çirklənməsinin vasitəli mənbələri. İşlənmiş qazların tərkibi və toksikliyi, onların miqdarının mühərrikdən asılılığı. Yerin istilik balansı   və onun iqlimə təsiri. Havanın çirklənmədən qorunması.

Elektrik sahəsi

Atmosfer elektriki, elektrik cihazlarının elektrik sahəsi, onun təzahürü və insana təsiri.

Maqnit sahəsi. Maddənin maqnit xüsusiyyətləri.

Yerin maqnit sahəsi və orqanizmlərin ona uyğunlaşması. Suyun aşqarlardan "maqnit” təmizlənməsi – maqnit ayrılması.

Elektroliz ərintilərində və məhlullarında elektrik cərəyanı. Elektroliz.

Elektroliz zamanı suyun çirklənmədən təmizlənməsi (elektroflotasiya təmizləmə üsulu). Torpağın və qrunt sularının şoranlılığının onların elektrik keçiriciliyinə görə müəyyənləşdirilməsi üsulu. Elektrofiltrləyici təmizləmə qurğularının fəaliyyət prinsipi. Elektrolit istehsalının ekoloji aspektləri.

Qazlarda elektrik cərəyanı

Atmosfer havasının ionlaşdırılması. Yüngül və ağır ionların bioloji təsirləri. Elektrofiltr anlayışı. Ekoloji enerji çeviriciləri. MHD generatorun tətbiqi.  

Yarımkeçiricilərdə elektrik cərəyanı

İstilik və işıq enerjisini elektrik enerjisinə çevirən ekoloji çeviricilər (yarımkeçirici cihazlar). Günəş enerjisindən istifadə

Elektrik enerjisinin istehsalı, ötürülməsi və istifadəsi

Atmosferin çirklənməsi. Ətraf mühitin istilik və kimyəvi çirklənmədən mühafizə tədbirləri.

Elektromaqnit sahəsi. Elektromaqnit dalğaları.

Çox yüksək tezlikli elektromaqnit dalğalarının bioloji təsiri və onlardan müdafiə olunma.

Müxtəlif uzunluq diapazonlu dalğaların elektromaqnit şüalanması

Ultrabənövşəyi, infraqırmızı, rentgen şüalarının bioloji təsiri və onlardan müdafiə olunma.

Udma spektrləri

Atmosferin çirklənməsinin Yer səthinə yaxın gün işığının spektral tərkibinin dəyişməsinə təsiri. İstixana effekti.

İşığın əks olunması

Ekoloji nöqteyi-nəzərdən müxtəlif səthlərin əksetdirmə qabiliyyətindəki fərqlər.

Atom nüvəsinin tərkibi. Atomun işıq saçması və işığı udması. Spektral analiz

Təbii radioaktiv elementlər. Təbii radioaktiv fon və onun canlı təbiətə təsiri. Radioaktiv elementlərin təbiətdə dövr etməsi və onun canlı sistemlərə təsiri. Neyronların fizioloji təsiri və neyron şüalanmadan müdafiə üsulları. Ətraf mühitin vəziyyətinə nəzarət üçün spektral analizin tətbiq edilməsi.

Radioaktivlik

Biosferin nüvə partlayışı məhsulları ilə çirklənməsi. Atom enerjisinin istehsalı.  

Nüvə energetikası

AES-nın nüvə tullantılarının basdırılması problemləri. Nüvə qurğularında təhlükəsizlik texnikası.

Radiasiya və biosfer

Radioaktiv çirklənmənin insan orqanizminə təsiri. Təbii mühitlərin radioaktiv çirklənməsi.

İzotoplar

Uzunömürlü radioaktiv izotopların mövcudluğu.

Şüalanma dozası

Radioaktiv şüalanma – təbii fon səviyyəsindən artıq miqdarda radioaktiv maddələrin mövcudluğu. Yeni silah növləri, kənd təsərrüfatında elmi-texniki tərəqqi.