Fizika
kursunda ekologiya elementləri
Mövzu
|
Ekologiyanın
toxunulan məsələləri |
6-7-ci sinif |
|
Fiziki
hadisələr |
Maddələrin
təbiətdə və sənaye istehsalatında dövriyyəsi |
Fizika
və texnika |
Tullantısız
istehsalatların problemləri. Tullantıların istifadəsi problemləri. Təsərrüfat
fəaliyyətinin ətraf mühitə təsiri. Təbiətlə insan cəmiyyətinin qarşılıqlı
əlaqəsi. |
Molekullar.
Diffuziya. |
Sənaye
müəssisələri tərəfindən atılmış zərərli maddələrin diffuziya və konveksiya
yolu ilə yayılması. Mineral gübrələrin və herbisidlərin qeyri-düzgün
saxlanması və istifadəsi təhlükəsi. Yol verilən konsentrasiya həddi anlayışı.
Ətraf mühitin vəziyyətinə nəzarət. Nohurların səthindəki neft təbəqəsinin
qazların diffuziyasına təsiri. |
Maddənin
üç halı |
Suyun
təbiətdə dövriyyəsi. Atmosferin müxtəlif qatışıqlarla çirklənməsi və bunun
nəticələri |
Molekulların
cazibə və itələmə qüvvəsi |
Suda
üzən quşların tük örtüyünün adi suda islanmaması və neftlə islanması |
Cazibə
qüvvəsi. ağırlıq qüvvəsi. |
Atmosferdən
Yerə toz və tüstünün zərərli hissəciklərinin düşməsi halları və onun mümkün
nəticələri |
Qüvvələrin
qarşılıqlı təsiri. Deformasiya. |
Torpağın
münbit qatının kənd təsərrüfatı maşınları tərəfindən deformasiyaya uğradılması |
Sürtünmə
qüvvəsi |
Buz
qatının qum-duz qatışığı ilə səpilməsinin zərərli nəticələri (bitki örtüyünün
məhvi, avtomobil şinlərinin yeyilməsi, boru kəmərlərinin korroziyası) |
Bərk
cisimlərin təzyiqi |
Ağır
traktorların torpağa təzyiq etməsi |
Çayların
və küləyin enerjisi |
Tullantısız
və yenilənən enerji mənbələrinin istifadə perspektivi. Çaylar və külək enerjisindən səmərəli
istifadə. İnsan sivilizasiyasının enerji istehlakı ilə əlaqəsi. |
Qaz
və mayedə təzyiq |
Vahid
dünya hava və su okeanları. Küləklər və axınlar. Çirkabların hava və su yolu
ilə daşınması |
Birləşən
qablar, şlüzlər, su boruları |
Suvarma
və qurutma sistemi, onların mikroiqlimə təsir. Kanalların tikintisində
təbiətin tarazlığının pozulması. Çayların "dönməsinin” nəticələri (Yerdə şirin
su ehtiyatının azalması, ona qənaət etmə zərurəti) |
Atmosfer
təzyiqi |
Atmosfer
– həyat mühitinin hissəsidir. Antropogen amilin təsiri nəticəsində atmosfer
havasının tərkibinin dəyişməsi (konkret istehsalların misalında). Ozon qatının
azalması və bunun nəticələri, tullantıların atmosferin yuxarı təbəqələrində
seyrəlməsi. Siklon və antisiklon zamanı tullantıların səpələnməsinin
xüsusiyyətləri. Müəssisələrə fırtına xəbərdarlıqları, atmosfer havasının
çirklənmədən qorunması. |
Nasoslar
|
Torpaqların
suvarılması, torpaqlardan səmərəli istifadə. |
Arximed
qüvvəsi. Cisimlərin üzmə şərtləri |
Suya
qənaətin vacibliyi. Nohurların səthində neft təbəqəsinin əmələ gəlməsi və
onun məhv edilməsi. Çayla ağac axıtmanın ekoloji aspektləri. Gəmiçilik və
onunla bağlı suyun mühafizəsi məsələləri. |
Gəmilərin
üzməsi |
Gəmiçiliyin
fəlakətli nəticələri: sahillərin dağılması, balıqların gicəlləndirilməsi, nohurların çirklənməsi.
Neft tankerlərinin qəzaları – ekoloji fəlakət kimi. |
Havada
üzmə |
Atmosferin
ozon qatının dağılması. Kənd təsərrüfatı aviasiyasının iqtisadi cəhətdən
təsirsizliyi və ekoloji cəhətdən zərərliliyi. Aerostatların istifadə
edilməsi. Hava nəqliyyatının Yer atmosferinin təmizliyinə təsiri. |
İş
və güc |
Güc.
FİƏ və müxtəlif mexanizmlərin ekoloji cəhətdən təhlükəsizliyi (müqayisəli
analiz) |
8-9-cu siniflər |
|
Təbiətdə
və texnikada konveksiya |
Atmosferdə
və okeanda baş verən proseslərdə konveksiyanın rolu. Sənaye sahəsində
konveksiya axınlarının yaranması. Dartı qüvvəsi. Yüksək borular vasitəsi ilə
səpələmə mexanizmi. Siklon və antisiklon zamanı səpələnməsinin xüsusiyyətləri.
Nüvə müharibəsi zamanı və ya "nüvə qışı” gəldiyi halda konveksiyanın
pozulması. Məişətdə və texnikada istilik izolyasiyası – enerji resurslarına
qənaət üsulu kimi. |
Su
ilə isitmə sistemi |
Su
ilə isitmə sisteminin ekoloji aspektləri (İES-dan çirklənmə) |
Şüalanma
|
Yerdə
istixana effekti və onun güclənməsinin mümkün nəticələri. Ekoloji cəhətdən
təmiz Günəş enerjisindən istifadənin perspektivləri. |
Xüsusi
istilik tutumu |
Təbii
nohurların qurudulması və sünilərinin yaradılması zamanı təbii-iqlim şəraitin
pozulması. Suyun bütün istehsal sahələrində geniş tətbiq edilməsi. Şirin su
ehtiyatının məhdudluğu. |
Yanacağın
yanma istiliyi |
Üzvi
yanacaq – müasir mərhələdə əsas enerji mənbəyi kimi. Üzvi yanacaq ehtiyatının
məhdudluğu, atmosferin onun yanma məhsulları ilə çirklənməsi. Müxtəlif
yanacaq növlərinin effektivliyinin və ekoloji cəhətdən zərərsizliyinin
müqayisəsi (qaz, maye yanacaq, bərk yanacaq). Avtomobil nəqliyyatının qaz
yanacağı ilə işləməyə keçmə zərurəti. |
Maddənin
aqreqat halı |
Suyun
təbiətdə dövr etməsi. Dəniz və okeanların səthindən buxarlanma halı və bunun
Yerin iqliminə təsiri. |
Ərimə
və bərkimə |
Suyun
duzluluğunun buz əmələ gəlmənin temperaturuna təsiri. Tökmə istehsalının
ekoloji aspektləri. |
Buxarlanma
və kondensasiya. Soyuducu |
Turşu
yağışlarının yaranması. Atmosferdə freon və ammiakın toplanmasının Yerdəki
həyat üçün təhlükəliliyi. |
İstilik
mühərrikləri. DYM. Buxar turbini |
ətraf
mühitin atmosferə atılan tullantılar və çirkab suları ilə çirklənməsi. Turşu
yağışları. Nohurların, yaşıllığın məhv olması, memarlıq abidələrinin
dağılması, metalların korroziyası. Zərərli tullantıların azaldılması üçün
görülən tədbirlər. İşlənmiş qazlara nəzarət. İstilik mühərriklərinin ekoloji
vəziyyətə təsirinə görə müqayisəsi. Təbiətin mühafizəsi məqsədi ilə istilik
mühərriklərinin təkmilləşdirilməsi. |
Elektrik
sahəsi |
Sabit
cərəyanın bioloji obyektlərə təsiri. Toxumların və bitliklərin həyat
fəaliyyətinin elektrostimullaşdırılması. Yaşayış məkanlarının
elektrikləşməsinə qarşı mübarizə (hava ionlaşdırıcıları, havanın
rütubətliliyi və elektrikləşməsi, havanın elektrofiltr vasitəsi ilə
təmizlənməsi). |
Qalvanik
elementlər və akkumulyator |
Qalvanik
elementlər və akkumulyatorlarla ehtiyatla davranmaq zərurəti. Onların
istifadəsi problemləri. |
Cərəyanın
gücü, elektrik gərginlik və naqillərin müqaviməti |
Fotoelementlərin
və istilik elementlərinin, günəş batareyalarının və istilik elektrik
generatorlarının tətbiq edilməsi. Elektrik cərəyanının təsiri və onun ətraf
mühitin mühafizəsi məqsədi ilə istifadəsi. |
Maqnit
sahəsi |
Təbiət
hadisələrinin qarşılıqlı şərtləşdirilməsi. Maqnit sahəsinin bioloji
aspektlərə təsiri. Maqnit biologiyası anlayışı (maqnit qasırğalarının, maqnit
qolbaqların orqanizmə təsiri, quşların istiqamətlənməsi) |
Daimi
maqnitlər |
Açıq
üsulla dəmir filizinin hasilatının ekoloji aspektləri (qalaqların əmələ gəlməsi
və onların növbəti işlənməsi) |
Elektrik
mühərriki |
Elektrik
nəqliyyatının inkişaf perspektivləri. Ekoloji cəhətdən təmiz mühərrik kimi
elektrik mühərrikinin üstünlükləri. |
Elektrifikasiya
və təbiətin mühafizəsi |
İstehsalatın
və elektrik enerjisinin ötürülməsinin ekoloji problemləri. Müxtəlif növ
elektrik stansiyalarının (SES, İES, AES) ətraf mühitə mənfi təsiri. Alternativ
enerji hasilatı üsullarının inkişaf tendensiyası (termal, qabarma, külək
elektrik stansiyaları). |
İşıq
hadisələri |
Atmosferin
şəffaflığının antropogen amilin təsiri altında dəyişməsi və bunun ekoloji
nəticələri. İqlim dəyişməsi. |
Ağırlıq
qüvvəsi |
Biosferdə
baş verən mexaniki proseslərin əhəmiyyəti. Ağırlıq qüvvəsi və sərbəst
düşmənin sürətlənməsi – təbii mühitin ən vacib fiziki parametrləri. |
Yerin
süni peyklərinin hərəkəti |
İnsanların
istehsal sahəsindəki fəaliyyətinin planetimizin təbiətinə qlobal təsiri, nüvə
energetikasının radioaktiv tullantılarının təmizlənməsi üçün Yerin süni
peyklərinin istifadəsi. |
İmpulsun
saxlanma qanunu. Reaktiv mühərrik |
Reaktiv
mühərrikin işini müşayiət edən və ətraf mühiti çirkləndirən fiziki proseslər
(qazların atılması, qızdırma, küy və s.). Atmosferin vəziyyətinə nəzarətdə
kosmik aparatların rolu, kosmik texnika vasitəsi ilə qasırğaların,
yanğınların, vulkan püskürmələrinin və s. aşkar edilməsi Kosmik texnika və
texnologiyalarının inkişafı. Kosmosun mühafizəsi. Təbiət hadisələrinin
davamlı dinamikasının təmin edilməsi (kanalların, bəndlərin, dambaların
inşası, seldən müdafiə). Qabarma dalğaları və energetikada onların rolu. |
Enerji
|
Azərbaycanın
hidroenergetik resursları. Çayların enerjisinin istifadəsinin ekoloji
problemləri (münbit torpaqların itirilməsi, yerlərin bataqlaşması, iqlim
dəyişməsi, balıqçılığa təsir və s.). |
Potensial
və kinetik enerji. Tam mexaniki enerjinin saxlanma qanunu. Güc. |
Aero-
və hidroenerjinin energetikliyi. Su ehtiyatlarının səmərəli istifadəsi. HES
qarşı ekoloji tələblər. Hidroenergetikanın inkişaf perspektivləri. Külək
qurğularının üstün və çatışmayan cəhətləri, onlardan istifadənin
perspektivləri. |
Cisimlərin
ətaləti. Kütlə. Cisimlərin çevrə üzrə hərəkəti |
Təmizləyici
qurğuların yaradılması. İnersiya toz tutucuları. "Siklon” toz tutucusu. |
Mexaniki
rəqslər. Səs hadisələri |
Titrəyişlərin
texnikada rolu. Titrəyişin insan orqanizminə zərərli təsiri. Titrəyiş
əleyhinə qurğuların işləməsi və tətbiqi. Mexaniki rəqslər və istixana
effekti. Küy – ekoloji amil kimi. Səs dalğalarının insan orqanizminə və digər
bioloji amillərə mənfi təsiri. Yol verilən küy normaları. |
Xalq
təsərrüfatının mexanikası və mexanikləşdirilməsi |
Xalq
təsərrüfatının mexanikləşdirilməsi yolları və bunun nəticələri. Torpağın
texniki, su və külək vasitəsi ilə eroziyasına qarşı mübarizə. |