Hikmətli sözlər
• Bir milləti hürr, müstəqil, şanlı, yüksək bir toplum olaraq yaşadan da, pis vəziyyətə, yoxsulluğa salan da təhsildir.
M.K.Atatürk
• Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər.
M.K.Atatürk
• Əgər bir xalqı məhv etmək istəyirsənsə, müəllimini savadsız, həkimini kəmsavad eləyin. Biri onun başını, o biri isə canını zay eyləyər.
F.Köçərli
• Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: - Miiəllimlik!
H.Zərdabi
• Pis miiəllim şagirdlərə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir.
A.Disterveq
• Müdrik çox bilən adam deyil, biliyi xeyirli olan adamdır.
Esxil
• Müəllim - hüzurunda əyləşənin köniil zəmisini icarəyə alan, ora həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir.
«Füyuzat» jurnalından
• Miiəllinı insanları aydınlığa çıxaran işığa bənzəyir.
V.Hüqo
• Müəllim üçün öyrətmək asan olduqca şagird üçün öyrənmək çətin olur.
L.N.Tolstoy
• Müəllim bir şama bənzər: özünü əridərək başqalarına işıq verər.
P.Ruffmi
• Ağıllı o adamdır ki, başqalarının müdrikliyindən və təcriibəsindən öyrənir.
F.Manuil
• Elm öz mənbəyi etibarilə əbədidir; fəaliyyətində nə zanıanla, nə də məkanla məhdudlaşmayıb: həcminə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur.
A.Berte
• Elm əməl üçündür. Sırf əzbərləmək və insanlara anlatmaq üçün deyildir.
Ə.Geylani
Albert Eynşteyn
Heç vaxt səhvə yol verməyən insan heç vaxt nəsə yeni bir şey tapmağa çalışmayıb.
Bir çoxlarınıız nəsə yeni bir şeyə üz tutmaqdan boyun qaçırırıq, çünki səhvə yol verməkdən qorxuruq. Ancaq qorxmaq lazım deyil. Çox vaxt uduzan insan qələbəyə necə nail olmağın sirlərini daha yaxşı öyrənir, nəinki о dəqiqə qələbə qazanan insan.
Biz özümüz özümüzü maarifləndirməliyik - məktəbdə öyrədilən hər şey bir müddət sonra unudulacaq.
30 ildən sonra siz məktəbdə öyrəndiyiniz lıər şeyi unudacaqsınız. Yadınızda yalnız özünüz öyrəndiyiniz şeylər qalacaq.
Mən öz xəyallarımda tamamilə azadam - xəyallarımın rəssamıyam. Xəyallar biliklərdən daha vacibdir. Bilikər məhduddur. Xəyallar bütün dünyanı tuta bilər.
Siz bəşəriyyətin mağara dövründən indiyədək inkişafına nəzər yetirsəniz, xəyallarımızın gücünü kəşf etmiş olarsınız. Hal-lıazırda əlimizdə olan hər şey ulu babalarımızın təsəvvürlərinin nəticəsidir. Gələcəkdə nə olacaqsa, bizim təsəvvürlərimizin nəticəsində qurulacaq.
Insanın dəyəri verdikləri ilə ölçülür, nail olduqları ilə yox. Uğurlu insan həyatdan verdiyindən çoxunu alar, dəyərli insan isə həyatdan aldığından çoxunu verər. Çalışın bəxtəvər insan yox, dəyərli insan olun.
Əgər biz bütün dünyada məşhurlaşmış insanları yada salsaq, görərik ki, onların hamısı dünyaya nəsə verib. Almağı bacarmaq üçün verməyi bacarmaq lazımdır.
Yaşamağın iki üsulu var: möcüzələrin olmadığına inanmaq və dünyadakı hər şeyiıı möciizə olduğuna inanmaq.
Əgər siz birinci üsul ilə yaşasanız, yəni möcüzələrə inanmayıb yaşasanız, sizdə hər şey alına bilər. Ancaq siz bir çox şeydən həzz almağı bacarmayacaqsınız... Amma əgər siz hər şeyin möcüzə olduğu- na inansanız, siz hər xırda bir gözəllikdən həzz alacaqsınız. Əgər siz bu iki üsulun hər ikisi ilə yaşa- mağa çalışsanız, siz xoşbəxt və məhsuldar bir ömür sürəcəksiniz.
Мэn özümü və özümün düşüncə tərzini araşdıranda belə bir qərara gəlirəm: təsəvvür, xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim.
Görmək və yaşamaq istədiyiniz lıəyatı arzu etmək - pozitiv həyatın əsas hissələrindən biridir. Qoyun sizin təxəyyülünüz bütün dünyanı gəzib, görmək istədiyiniz dünyanı sizə göstərsin...
Əvvəlcə oyunun qaydalarını оуrəптəк lazımdır, soma hamıdan yaxşı oynamağa başlamaq.
Qaydaları öyrənin - hamıdan yaxşı oynayın.
Sual verməyə son qoymayın. Нər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.
Ağıllı insanlar hər zaman sual verirlər. Özünüzdən və başqa insanlardan bu və ya digər məsələnin həll yolunu оуrəптəyə çalışın. Bu, sizə nəsə yeni bir şeyi öyrənməyə kömək edəcək.