IX sinif
IX sinfin sonunda şagird:
IX sinfin sonunda şagird:
• elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin qanunauyğunluqlarını şərh edir, onlara aid məsələlər qurur və həll edir;
• elektromaqnit və qravitasiya sahələrinə dair məsələlər qurur və həll edir;
• maddələri quruluşuna və xassələrinə görə təsnif edir, onlara aid məsələlər qurur və həll edir;
• təbiətdəki elektromaqnit və nüvə qarşılıqlı təsirlərinə aid məsələlər qurur və həll edir;
• elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə uyğun cihazlardan istifadə edir, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır;
• elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin inkişafında fizika elminin rolunu izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların başvermə səbəblərini şərh edir.
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid məsələlər qurur və həll edir.
1.1.3. Yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətini şərh edir.
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin qanunauyğunluq¬larına dair topladığı məlumatları şərh edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Elektromaqnit və qravitasiya sahələrini müqayisəli şəkildə şərh edir.
2.1.2. Elektromaqnit və qravitasiya sahələrinə dair məsələlər qurur və həll edir.
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir.
2.1.4. Maddələrin quruluş və xassələrinə aid məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı təsirinin rolunu izah edir.
2.2.2. Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və həll edir.
3. Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə uyğun cihazlardan istifadə edir.
3.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə uyğun fiziki kəmiyyətlər arasındakı asılılığı müəyyən edir.
3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. Müxtəlif fiziki hadisələrə (elektromaqnit, atom və nüvə) əsaslanan qurğuların iş prinsiplərini şərh edir.
3.2.2. Müxtəlif fiziki hadisələrin inkişafında fizika elminin roluna dair təqdimatlar edir.