Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Kurikulum


15 iyun 1999-cu il tarixdə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olunmuşdur. Təhsil sahəsində İslahat Proqramı 1999-2013-cü illəri əhatə edir. Kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir.



Təhsil islahatlarının mərhələləri

I mərhələ
1999-2003 - "öyrədici-innovativ"

II mərhələ
2004-2007 - hazırlıq

III mərhələ
2008-2013 - tətbiqetmə



Kurikulum nədir?

Kurikulum latın sözü olub lüğəvi mənası "kurs", "elm" deməkdir.

Kurikulum təhsilin son məqsədini, məqsədlərə çatmaq üçün yolları, bu yolların səmərəliliyini yoxlamaq üsullarını özündə birləşdirən bir sənəddir.

Təhsil prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli və məqsədyönlü təşkilinə hərtərəfli imkan yaradan konseptual sənəddir.




Ümumi inkişafı, meyil və maraqları nəzərə
alınmaqla bütün şagirdlərə əlverişli
təlim şəraitinin yaradılması


Hər bir şagirdin:
fərdiyyətinin,

idrak problemlərinin,

şəxsi keyfiyyətlərinin,
səmərəli inkişaf etməsi təmin olunur;
yaxşı oxuya bilməsi,
yaxşı oxumaq istəməsi üçün şərait yaradılır.


Tələbyönlük


Məktəbdə təhsilin daha maraqlı qurulması üçün təhsil alanların təhsilə olan ehtiyacları öyrənilməlidir ki, bu da cəmiyyətin ehtiyacı deməkdir. Ona görə də təlim prosesinin səmərəliyində, şagirdlərin təlim uğurlarında bilavasitə, şagirdin mənəvi ehtiyacları, təhsilə olan tələbatları nəzərə alınır.



Nəticəyönlük


Əldə olunacaq təlim nəticələrinin əvvəlcədən müəyyən olunması
Təlimin məzmununun nəticələr formasında ifadə edilməsi


Şagirdyönümlük


Şagird pedaqoji prosesin mərkəzində dayanır.
Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir.
Kurikulumlarda öz əksini tapan bütün nəticələr şagirdlərə, onların inkişafının izlənməsinə yönəldilmişdir.




Təhsil standartları nədir?


Standart şagirdlərin öz təhsillərinin müəyyən mərhələsində yiyələnməli olduqları bilik və bacarıqların keyfiyyət və kəmiyyət ölçüsüdür.
Standart təhsilin hər hansı mərhələsində əldə olunmuş nailiyyətləri müəyyənləşdirmək üçün istifadə olunan bal şkalasında bir nöqtədir.