Maddənin aqreqat halının dəyişməsi.
(üçsəviyyəli testlər)
Birinci səviyyə
1. Boş kvadratlarda hansı söz yazılmıçdır?
A) Qaynama
B) Ərimə
C) Kristalizasiya
D) Kondensasiya
2. Qar topunun temperaturunu ölçmək üçün nə lazımdır?
A) Tərəzi
B) Saat
C) Dinamometir
D) Termometir
3. Maddənin xüsusi ərimə istiliyi hansı düsturla hesablanır?
A) L=Q/m
B) λ=Q/m
C) q=Q/m
D) C=Q/(t2-t1)
İkinci səviyyə
1. Kristal cismin xüsusi ərimə istiliyi nədən asılıdır?
A) Cismin temperaturundan
B) Cismin kütləsindən
C) Cismin həcmindən
D) Cismin materialından
2. Yerin 100 km dərinliyində temperatur 1000oC yaxındır. Sink, qalay, dəmir və gümüş kimi metallardan hansı orada ərinmiş halda qalar( cədvəldən istifadə edin)?
A) Sink
B) Qalay
C) Dəmir
D) Gümüş
3. 20 kq alüminium kristallaşarkən nə qədər enerji ayrılır?
A) 195 kC
B) 780 kC
C) 1950 kC
D) 7800 kC
Üçüncü səviyyə
1. Şəkildə bərabər kütləli üç cismin temperaturunun qızdırılma zamanından asılılıq qrafiki göstərilmişdir. Hansı cismin xüsusi ərimə istiliyi ən böyükdür?
A) 1
B) 2
C) 3
D) hər üçünki eynidir
2. Ərimə temperaturunda götürülmüş 1 kq kütləli kristal bərk cismi tamamilə əritmək üçün nə qədər istilik miqdarı lazım olduğunu göstərən fiziki kəmiyyət necə adlanır?
A) Xüsusi yanma istiliyi
B) Xüsusi ərimə istiliyi
C) Xüsusi istilik tutumu
D) Xüsusi buxarlanma istiliyi
3. Ərimə temperaturunda 30 q dəmir mismarı əritmək üçün 2010 C istilik miqdarı lazım olmuşdur. Dəmirin xüsusi ərimə istiliyini tapın.
A) 67 kC/kq
B) 60,3 kC/kq
C) 201 C/kq
D 33,5 kC/kq
Qiymətlər
Birinci səviyyə: 6 ball (1 sual)
İkinci səviyyə: 8 ball (1sual)
Üçüncü səviyyə: 10 ball (1 sual)
"5”:28-30 ball
"4”:24-27 ball
"3”:18-23 ball