Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya

Marsa səyahət və uzunömürlük


Yaxın 50 ildə gözlənilən ixtiralar

Biz heyvanları öldürmədən və ətraf mühiti çirkləndirmədən ət yeyəcəyik, İtaliyanın "La Repubblica” qəzeti yazır.

Məqaləsinə "50 ildən sonra biz daha yaxşı yaşayacağıq” kimi optimist notlarla başlayan müəllif davam edir: "Günəş enerjisi ilə işləyən maşınlar sürəcəyik, heyvanları öldürməyəcəyik - laborotoriyalarda istehsal olunan ət yeyəcəyik, lazım olan enerjini Yerin özəyindən alaraq, nəhayət ki, neft və qazla vidalaşacağıq”. 

İtaliyanın Milli Astrofizika İnstitutunun rəhbəri, dünya şöhrətli alim Covanni Binyami dünya səyahətinə çıxaraq bəşəriyyətin rifahı üçün hansı ixtiralara ehtiyac duyulduğunu öyrənib. Elmi idrakın sürəti daimi deyil, lakim həmişə artmaqdadır. Alimin fikrincə, 2062-ci ilə kimi Marsa səyahət adiləşəcək, lakin bəşəriyət üçün ən önəmli problem nerji mənbələri olacaq. Binyami əksər alimlər kimi nüvə enerjisinin tərəfdarı olsa da, yaxın 50 ildə ictimaiyyətin atom stansiyalarına münasibətini dəyişməycəyini proqnozlaşırır. Nəzərə alsaq ki, neft və qaz istehlakı planetimizin balansını pozur, alternativ enerji mənbələri isə populyar deyil, gələcəkdə üçüncü yol seçiləcək. İnsanlar dərin geotermiyaya müraciət edəcək. 

2062-ci ilə kimi insanların gördüyü işin əksəriyyəti molekulyar qurğulara həvalə olunacaq, insan ömrü isə 152 ilə kimi uzanacaq.