Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya

Maykl Faradey

Doğum tarixi: 22 sentyabr 1791-ci il
Doğum yeri: London, İngiltərə
Vəfatı: 25 avqust 1867-ci il (75 yaşında)
Vəfat yeri: London, İngiltərə


Həyatı


14 yaşında Maykl kitab cildçisi ixtisasına yiyələnir. Bundan öncə o yazmaq və oxumağı öyrənmişdir. Yeddi illik təhsil vaxtı onda təbiət elmlərinə maraq yaranır, apardığı müşahidələr haqqında o qeydlər edirdi.

Fardey Hampri Deviyə (Humphry Davy) öz əlyazmalarını göndərəndən sonra 1813-cü ildə Devi onu öz yanına "Zadəganlar İnstitutuna" (London) assistent götürür. 1821-ci ildə o baş müfəttiş, 1825-ci ildə direktor və 1827-ci ildə kimya üzrə professor vəzifələrinə qədər yüksəlir. Eyni zamanda Faradey Vulvitçdəki hərbi məktəbdə professor kimi də fəaliyyət göstərir.


Faradeyin ən böyük nailiyyəti elektrotexnika sahəsi üçün olmuşdur. 1821-ci ildə danemarkalı kimyaçı Ostred elektromaqnitizm fenomenini ixtira etdikdən sonra Faradey iki qurğu düzəldir. Bununla o məftil ətrafında maqnit qüvvəsinin dönməsini nümayiş etdirir. On il sonra o bir sıra sınaqlar aparır. 29 avqust 1831-ci ildə nəhayət Faradeyə elektromaqnit insuksiyasını kəşf etmək qismət olur. Bu sınaqlar mütərərəqqi elektromaqnit texnologiyasının əsasını qoyur.

Onlar Faradeyə ilk dinamonu düzəltməyə imkan verirlər. Faradeyə o da məlum idi ki, onun nəzəriyyəsi hələ tam deyildi. Çünki Faradey paradoksu bununla izah oluna bilmirdi.

1832-ci ildə Fradey elektroliz üçün əsas qanunu tərtib edir (Faradey qanunu). 1845-ci ildə o Faradey effektini kəşf edir.

Elektrostatikada Faradey göstərir ki, yük yalnız yüklənmiş keçiricinin xarici səthində cəmləşir. Xaricdəki yükün keçiricinin daxilində olan hissəyə heç bir təsiri olmur. Bu mehafizəedici effektə bu gün Faradey toru deyilir.

O, həmçinin paslanmayan polad növü və təzyiq altında qazın mayeyə çevrilməsini işləmişdir.

1825-ci ildə Faradey, sonralar benzol adlanan nəq oluna bilən qazı kəşf edir. Bu qaz qabları Londonda hazırlanmağa başlayır.

O zadəganlar İnstitutunda şamların kimyəvi və fiziki əsaslarının tarixi haqında (ingiliscə: Titel The Chemical History of a Candle) bir sıra mühazirələr oxuyur.

1824-cü ildə o "Zadəganlar Cəmiyyəti"nə üzv seçilir. 1832 və 1838-ci illərdə o, bu cəmiyyət tərəfindən iki dəfə "Coley" medalı, 1835 və 1846-cı illərdə isə iki dəfə "Royal" medalı və 1846-cı ildə Rumford medalı ilə təltif olunmuşdur.

Kondensatorun gücünü ölçmək üçün tətbiq edilən vahid də onun adını daşıyır. Onun rəsmi 1991-2001-ci illərdə 20 lik britaniya fundunun sikkəsinin arxa tərəfini bəzəyirdi.