Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya

Nils Bor


Doğum tarixi: 7 oktyabr 1885-ci il
Doğum yeri: Kopenhagen, Danimarka
Vəfatı: 18 noyabr 1962-ci il (77 yaşında)
Vəfat yeri: Kopenhagen, Danimarka
Elm sahəsi: Nəzəri fizika
İş yeri: Kembric Universiteti, Mançester Universiteti, Kopenhagen Universiteti, Nils Bor İnstitutu
Tanınmış yetirmələri: Lev Landau, Henrik Kramers, Oskar Kleyn, Ohe Bor, Con Uiler


Nils Bor Kopenhagen Universitetinin fiziologiya fakultəsi professoru Kristian Bor və nüfuzlu yəhudi əsilli bankir və parlamentarilər ailəsindən olan Ellen Adlerin ailəsində anadan olmuşdur. 1908-ci ildə Bor Kopenhagen universitetini bitirir. Burada o özünün maye axınlarının rəqsi hərəkəti və metalların klassik elektron nəzəriyyəsinə dair ilk elmi tədqiqatlarına başlayır. 1911-1912-ci illərdə Kembricdə C.C.Tomsonun və Mançestrdə E. Rezerfordun laboratoriyalarında çalışır. 1913-cü ildə Rezerfordun nəzəriyyələri əsasında özünün atomun quruluşu modelini irəli sürür. Bu modelda Bor orbitlər üzrə nüvə ətrafında hərəkət edən elektronlar təsvir edir. Eyni zamanda elementin kimyəvi xassələrinin nüvədən ən uzaqda yerləşən elektronların sayından asılı olduğunu göstərir. O həmçinin elektronun yüksək enerjili orbitlərdən aşağı orbitlərə düşməsi və bu zaman müəyyən (diskret) enerjili fotonların ayrılması ideyasını da irəli sürür. Bütün bunlar isə kvant nəzəriyysinin əsasları idi. 1914-16-cı illərdə Mançestrdə riyazi fizika kursunu oxuyur. 1916-cı ildə ona Kopenhagendə nəzəri fizika kafedrası həvalə olunur.

Nisl Bor Kopenhagen Nəzəri Fizika İnstitutunun yaradıcısı (1920) (hal-hazırda Nils Bor İnstitutu) və rəhbəri olmuş, dünya şöhrətli elm məktəbinin əsasını qoymuşdur.

1943-45-ci illərdə o ABŞ-da çalışmışdır. Əsası atomun planetar modeli, kvant təsəvvürlər və özü tərəfindən irəli sürülən postulatlarına əsaslanan atom nəzəriyyəsini hazırlayır, metal nəzəriyyəsi, atom nüvəsi və nüvə reaksiyaıları sahəsində fundamental işlər görür. Alim eyni zamanda atom bombası əleyhinə mübarizənin aktiv iştirakçısı və atomun quruluşunun öyrənilməsində göstərdiyi xidmətlərə görə 1922-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülür.


1923-cü ildə Bor kvant fizikasının tətbiqiliyinin nə vaxt məhdudlaşdığı, nə vaxt isə klassik fizikanın yetərliliyini müəyyən edən oxşarlıq və ya uyğunluq prinsipini irəli sürür. Elə bu ildəcə özünün tərtib etdiyi atom modeli əsasında Mendeleyevin kimyəvi elementlərin dövrülülüyü sistemini izah edir. Bununla belə Borun nəzəriyyəsi öz əsasında daxili ziddiyətlər daşıyırdı. Baxmayaraq o özündə klassik anlayışları və kvant qanunlarınə mexaniki şəkildə birləşdirirdi, nəzəriyyə heç də qənaətbəxş sayılmır. Bundan əlavə yeni nəzəriyyə natamam idi, atom dünyasının rənarəng hadisələrini kəmiyyətcə izahında istifadə edilə bilməzdi. Bu məsələləri isə mikrohissəciklərin hərəkətni öyrənən kvant mexanikası nəzəriyyəsi həll edə bilərdi.

Kvant mexanikasının əsas prsinsipləri nəzəriyyənin formal uğurlarına baxmayaraq ilk illərdə bir çox cəhətdən qeyri-aydın olaraq qalırdı. Kvant mexanikasının fiziki əsaslarının, onun klassik fizika ilə əlaqəsini tam şəkildə anlaşılması üçün klassik (makroskopik) və kvant (mikrosopik – atom və subatom səviyyələrində) maddi obyektlərinin qarşılıqlı əlaqəsini, mikroobyektlətin xarakteristikalarının ölçülməsi prosesini və bütovlükdə nəzəriyyədə istifadə olunan anlayışların fiziki mahiyyətini dərk edilməsi üçün daha dərin analizlərə ehtiyac yaranmışdı. Bu cür analiz isə gərgin əmək tələb edirdi ki, bu işi də məhz Bor öz çiyinləri üzərinə götürür. Onun təsis etdiyi institut bü səpkili tətqiqatların mərzəkinə çevrilir. Borun əsas ideyası ondan ibarət idi ki, mikrohissəciklərin (məsələn elektronlar) klassik fizikadan götürülmüş dinamik xarakteristikaları (məsələn, onun koordinatları, impuls , enerji və s.) – heç də özü özlüyündə mikrohissıciyə xas ola bilməzdi. Elektronun bu və digər xarakteristikanın, məsələn impulsunun, mahiyyət və mənası elektronun bu xaraktersitikalrın özünü biruzə verdiyi klassik obyektlə qarşılıqlı münasibətdə meydana çıxa bilərdi. Bu cür klassik obyekt şərti olaraq ölçü aləti adlanır. Bu ideya nəinki yalnız fiziki, həm də fəlsəfi əhəmiyyət daşıyır. Belə ki, nəticədə mikrodünyada baş verən bütün məlum proseslərin qeyri-relyavistik oblastlarda (yəni hissəciklərin sürətinin işıq sürəti ilə müqayisədə kiçik qiymətlərində) daxili ziddiyət olmadan izah edə bilən və ən son həddə obyekt makroskopik cismə keçdikdə avtomatik olaraq klassik fizika qanunlarına aparan ümumi bir nəzəriyyə işlənilir. Bütün bunlardan sonra relyavistik nəzəriyyənin də əsasları hazırlanır.

Nils Bor tamamalılıq (complementarity) prinsipinin də müəliffidir. Albert Eynşteyn özü Borun təklif etdiyi yeni fizikadan (özünün də Maks Plankla birgə töhvələr verdiyinə baxmayaraq) daha çox klassik fizikanın determinizmliyini üstün tutur və bu barədə Borla mübahisə etməyi sevirdi. Borun ən nüfuzlu tələbələrindən biri də alman atom bombası layihəsi rəhbəri, elecə də kvant mexanikasının aparıcı simalarında biri Verner Heyzenberq olmuşdur.

1936-cı ildə Bor nüvə fizikasında nüvə reaksiyaıarının baş vermsəsi xaraketinı izah edən nüvə modelini təklif edir. 1939-cu ildə isə C.A. Ulerlə birgə böyük miqdarda nüvə enerjisinin ayrılması ilə müşahidı olunan nüvənin parçalanma nəzəriyyəsini işləyir. 1940-50-ci illərdə Bor elementar hissəciklərin mühitlə qarşılıqlı əlaqəsı məsələləri ilı məşğul olur.

Bor böyük fiziklər məktəbi yaradır və bütün dünya fizikləri arasında əməkdaşlığın inkişafına misilsiz töhvələr verir. Bor institutu dünyanın ən mühüm elmi mərkəzlərindən birinə çevrilir. Bu məkətb özündə dünyanın hər bir güşəsindən olan fizik-alimləri birləşdirirdi. Dahi fizikimiz Landau da Bor insitutunda çalışmış və Boru özünün yeganə müəllimi hesab etmişdir.

Nils Bor Danimarka Kral Elmi Cəmiyytinin, eləcə də dünyanın əksər nüfuzlu akademiya və elmi cəmiyyətlərinin üzvi olmuş, 1922-ci ildə isə Nobel mükafatına layiq görülümüşdür.

Dahi fizik 1962-ci ilin 18 noyabrında ürəktutmasından vəfat etmidşri.