Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya

Qalileo Qaliley


Doğum tarixi: 15 fevral 1564-cü il
Doğum yeri: Murdara şəhəri
Vəfatı: 8 yanvar 1642-ci il (77 yaşında)
Vəfat yeri: Florensiya, Arçetri şəhri


Həyatı


Qalileo Qaliley italyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu olub. Elmi inqilabda böyük bir rol oynamışdır. Qalileo, "müasir astronomiyanın atası", "müasir fizikanın atası", "elmin atası" və "müasir elmin atası" olaraq adlandırılmaqdadır. Stephen Havkinq "Qalileo, bəlkə digər insanlardan müasir elmin doğuşundan məsul olduğu üçün daha çox insan idi" deyir.

O, 1564-cü ildə İtaliyanın Murdara şəhərində doğulub. Dövrünün tanınmış musiqiçilərindən Vincenzo Qalileyin oğlu olan Qalileo, ilk təhsilini Florensiyada alıb. 1581-ci ildə Murdara Universitetində tibb təhsilinə başlayıb. Ancaq pulsuzluqdan məktəbi tərk edir. 1583-cü ildən etibarən riyaziyyata maraq duyan Qalileo, bu mövzudakı işləri sayəsində, 1589-cu ilda Murdarada professorluq əldə edir.

Mexaniki rəqqasın, üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli bir düşüncəylə riyazi olaraq ələ alınmasını təklif edir. Qalileo Murdara qülləsindən ağırlıq daşı sallayaraq Aristotelin nəzəriyyəsinə ciddi dəyişiklik edir. Onun fikrincə bütün şərtlər bərabər olduqda hər cisimin eniş sürəti, ağırlığından asılıdır. Bu təklifi yaşlı professorlarla münaqişəyə səbəb olur. 1592-ci ildə o Murdaranı tərk edərək, Padova Universitetində riyaziyyat kafedrasına gəlir.

1597-ci ildə praktikada çox faydası olan kompası ticari olaraq bazara çıxartdı. 1600-cü ildən dərhal sonra primitiv bir termometr, insan ürək atışının ölçümündə istifadə edilmək üzrə bir rəqqas və 1604-cü ildə sərbəst enişin riyaziyyat qanunlarını kəşf etdi. Ancaq onun düz təcilli hərəkət anlayışı səhvli idi. O, 1609-cu ildə Hollandiyada teleskopun olduğunu eşitdi və özü daha təkmil alət düzəldərək astronomiya müşahidələrində istifadə etdi. 1610-cu ildə Aydakı dağlar, ulduz çoxluqları və Südyolu üzərinə ilk təsbitlərini nəşr etdirdi. Bu vaxt Yupiterin dörd peykinin varlığını bildirdi. Onun bu kitabı oxucularda çox maraq oyandırdı və onun Florensiyada saray riyaziyyatçısı olmasını təmin etdi. Dərhal sonra Venera planetinin mərhələləri və Saturnun şəkli haqqında məlumat verərkən, astronomiyadakı Ptolemi (Batlamyus) sistemini müzakirə etdi.

1611-ci ildə Romaya getdi və oradakı Elmlər Akademiyasına üzv seçildi. Florensiyaya dönüşündə hidrostatika üzərinə bir çox professorun etirazına səbəb olan kitabı ilə 1613-cü ildə günəş ləkələri üzərinə yazdığı əsərini nəşr etdi. Bu əsərində Kopernik sistemini açıq bir şəkildə müdafiə etdi. Bundan ötəri kilsə inkvizisiyasının ağır hücumuna məruz qaldı. 1615-ci ildə şəxsən Romaya gedərək öz iddiasını müdafiə etsə də, yalnız 1616-cı ildə Papa Beşinci Paul tərəfindən kitablarını tədqiqi üçün bir komissiya yaradıldı. Bu komissiya Qalileonun kitablarını qadağan etmədi. Yalnız dünyanın öz oxu ətrafında döndüyü iddiasından imtina etməsini istədi.

Qalileo, bir müddət elmin praktik istiqamətinə döndü, mikroskopu inkişaf etdirdi. Ancaq 1618-ci ildə üç kometanın görülməsiylə kilsəylə münaqişəyə girdi. Dostunun Səkkizinci Urban olaraq Papa seçilməsindən cəsarət alaraq yazdığı "İki Kainat Sistemi Üzərinə Danışmalar" adlı əsərini 1632də nəşr etdi. Ancaq kitabı daha əvvəl edilən xəbərdarlıqlarla ziddiyyət təşkil etdiyi söz-söhbətlərinə baxmayaraq Romada məhkəməyə çağırıldı. 1633də bu kitab qadağan edildi və Müqəddəs Enkiziya tərəfindən ömürlük həbsə məhkum edildi. Cəzası öz evində göz həbsinə çevrildi. Yetmiş yaşında həbs edilen Qalileo kor oldu və 1642-ci ildə həyatını itirdi.

"Qaliley — ağ saçlı alim ixtiyar
Ömürlük zindana salındın ki, sən
Belini bükdükcə zalım ruzigar.
Bəlkə əl çəkəsən dediklərindən

Sonra çıxartdılar səni zindandan
Gördün ki, Asiman alışıb yanır,
Ölüm ayağında, ey böyük insan
 Sən yenə dedin ki, "Yer yuvarlanır" (Səməd Vurğun)