Bu
maraqlıdır
Robert
Vud – ixtiraçı
Vudun ixtiraçı təfəkkürünə ona
heç vaxt xəyanət etməmiş onun incəsənətlə məşğul olması və yumor hissi kömək edirdi. Həyatı boyunca Vud bir qayda olaraq əvvəllər
elmə məlum olmamış faktlar və metodika ilə birlikdə 250-dən artıq eksperimental
iş nəşr etdirmişdir. Vudun əsas vasitəsi onun parlaq və gözlənilməz, fokusçunun
əlindən çıxan qığılcıma bənzər təcrübə idi.
O demək olar ki, anadan
olandan eksperiment aparmağa və fokus göstərməyə başlamışdır. Hələ uşaq
yaşlarında Vud yanğınlar və partlayışlar düzəltməyi xoşlayırdı. Səkkiz yaşında
olarkən artıq o qorxuducu Prometey şöhrətini qazanmışdır. Məktəbdən Robbi dolama
pilləkənin sürahisi ilə sürüşməyi modernləşdirdiyinə görə qovulmuşdur. Sonralar
Qarvard universitetində o partlayışlarla apardığı təcrübələrlə maraqlanmış və kimyaçıların
uyuşmaz saydığı maddələri müvəffəqiyyətə birləşdirmişdir. Vud Viskonsin
Universitetində işləmiş, sonralar isə daha 37 il ərzində Baltimordakı C.Hopkins
universitetinin professoru olmuşdur.
Təəssüf ki, onun elmə
verdiyi töhfəsini cahil insanlara izah etmək həmişə asan olmur. Vudun özünü isə
insanların onu elmi işlərinə görə deyil, fizika fokusları və donmuş su
borularının elektroqızdırılması kimi "kiçik ixtiracıqları”na görə tanıması bəzən
qıcıqlandırdı.
Birinci dünya müharibəsi
illərində Vud ordu üçün siqnallı teleskop, hərbi aerostatların isti hava ilə
tez zamanda doldurulması üçün qurğu düzəltdi, havan müdafiə üçün "torlu
qumbara” icad etdi. O hətta Britaniya komandanlığını sualtı qayıqların aşkar
edilməsi üçün su itlərinin əhliləşdirilməsinə cəlb etməyə nail olmuşdur. Su
itləri sualtı qayıqların ardınca pis üzürdülər, siyənək balıqlarının sürüsü
daima onları yayındırırdı. Lakin təcrübələr gözlənilməz nəticələr verdi. Sübut
olundu ki, su itləri suyun altında tam sürətlə üzərək çox gözəl eşitmə
qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət hidrofonları, sualtı qayıqların
pərlərinin səsini dinləmək üçün cihazları təkmilləşdirməyə kömək etdi. Öz hərbi
ixtiralarına görə mülki mütəxəssis Vuda mayor rütbəsi verildi.
Robert Vud infraqızmızı və
ulrtabənövşəyi fotoqrafiyanın banisi olmuş, öz spektoqrafları sayəsində astrofizikanın
imkanlarını genişləndirmişdir, teleskopun şüşə prizmalarını difraksion qəfəslə əvəzləmiş,
optik rezonansı, iki atomlu molekulların polyarlaşmasını aşkar etmiş və təsvir
etmiş, işığın kombinasyon yayılması effektini təsdiq etmişdir.
Eksperimentçi Vud öz həyat
yoldaşının dırnaq boyasının vasitəsi ilə Tutanxamonun sərdabəsindəki
"al-qırmızı qızıl”ın sirrini açmışdır. Vudun ultrabənövşəyi üsulu bütün ötən
əsr boyunca əks-kəşfiyyatçılara kağız, geyim və bədən üzərində gizli yazıları
aşkar etməkdə kömək edirdi. Hal-hazırda dəbdə olan 360 dərəcəlik görünüşlü
("balıq gözü”) fotoçəkiliş həmçinin öz başlanğıcını alimin praktiki işlərindən
götürür. Həmçinin o, rəngli fotoqrafiyanın əsasını qoymuş və birinci elmi
"cizgi filmini” yaratmışdır...
Belə bir şey də baş
vermişdir:
Bir dəfə Vud bərk kartondan
konusşəkilli – uzunluğu üç metrdən bir qədər az olan, boru ağzının diametri isə
60 sm olan meqafon rupor hazırlayır. Həmin ruporu bir tanışının mənzilinin pəncərəsindən
bayıra çıxararaq, ondan iki kvartal məsafədə küçə ilə gedən tək-tək piyadaları
və polismenləri təəccübləndirirdi. Onlar isə boş küçələrdə qaranlıqda sanki
səmadan səslər eşidirdilər.
Bir dəfə Vud öz ailəsi ilə
körfəzdə istirahət edirdi. Bir gün çimərkən o, öz başına ağacdan olan çəlləyi
başına keçirmiş, onu çiyinlərinin üzərində tutaraq və ayaqları ilə təkan
verərək, uşaqları " canlı ” üzən çəllək mənzərəsi ilə əyləndirirdi. Ertəsi gün
o, çəlləyin divarında düzbucaqlı dəlik açmış və yerinə şüşə yerləşdirmişdir,
çəlləyin kənarlarına isə yaxtanın kilindən qırx girvənkəlik qurğuşun ballast
yapışdırmışdır. Həmin ballast suyun altına girdiyi zaman çəlləyi onun
çiyinlərinə sıxırdı. Batisferin yaradılmasını hamıdan qabaq sezərək, Vud iyirmi
girvənkəlik rezin şlanq vasitəsilə həmin qurğunu qayıqda olan velosiped nasosu
ilə birləşdirmiş və suyun altında istədiyi qədər qala bilmiş, orada balıqları,
yosunları və sualtı mənzərələri müşahidə etmişdir.
Vudun ilk iri ixtirası -
donmuş su kəməri borularının elektrik cərəyanı vasitəsilə isidilmə üsulu idi.
Vud qət etmişdir ki, metal borulardan keçən elektrik cərəyanı onları
qızdırmalıdır, boruları ətrafındakı donmuş torpaq və onların içərisindəki buz
isə elektrik keçirmir, buna görə də heç bir təhlükə yoxdur. Eksperiment
senatorun evinin yanında aparılmışdır - burada su kəməri işçiləri donmuş borunu
torpağın altında heç cür tapa bilmirdilər. Transformator gətirdilər, ikincili
dolamaya şəbəkədən naqilləri birləşdirdilə, birincili dolamanı isə zirzəmidəki
kranın üzərində və evdən üç yüz fut aralıda su paylaşdıran kranın üzərində
qapadılar.
Dövrəni qapadılar və
zirzəmidə açıq kranın yanında eksperimentin nəticələrini gözləməyə başladılar.
On dəqiqədən sonra quruldama eşidildi və krandan bu ilə qarışıq paslı su axmağa
başladı. Daha bir neçə dəqiqədən sonra lakey şampan gətirdi və s. Ertəsi gün
yerli qəzetdə məqalə çıxdı. Bu məlumatı digər qəzetlərdə götürdü və bütün
ölkədə yaydı. Universitet mükafat aldı, Vud tərəfindən təklif olunmuş metod isə
ehtimal ki, hələ indiyə qədər müasir dünyada donmuş boruların qızdırılması üçün
istifadə olunur.
Bu ixtirasına görə Vudun
vəzifəsini müəllimdən professor köməkçisinə qədər qaldırmışdılar. O, əl altında
olan əşyalardan mürəkkəb fizika cihazları quraşdıra bilirdi. Bir ixtirası
haqqında o belə yazırdı:
"İlkin sınaqları mən yay
laboratoriyasında əlüstü hazırlıqsız düzəldilmiş cihaz vasitəsilə aparmışdım:
fotoqrafiya teleskopu gümüşlə örtülü, sinkləşdirilmiş dəmirdən olan peç
bacasının ucunda quraşdırılmış üç düymlü kvars linzasından düzəldilmişdir.
Bunların hamısı beş futlu teleskop ilə bərkidilmişdir, həmin teleskop üç
dəqiqəlik ekspozisiya ərzində Ayı təqib etmək üçün xidmət edirdi. Onların hər
ikisi köhnə velosiped çərçivəsindən olan ekvatorialda bərkidilmişdilər, həmin
ekvatorial sement lövhəsində elə qoyulmuşdur ki, ön çəngəlin oxu Qütb Ulduzuna
doğru istiqamətlənmişdir”.
Vudun pişiyi də bir əhvalat
sayəsində dünyada məşhur olmuşdur, baxmayaraq ki, həmin əhvalat xrestomatiya
olsa da, mən onu sizə nəql edəcəyəm.
Vud uzun zaman ərzində
dünyada ən böyük olan spektroskop düzəltmişdir. O, uzunluğu 12 fut və diametri təxminən altı düym olan taxta
borudan ibarət idi. Borunun bir ucunda 42 fut fokus məsafəsi ilə, yəni borunun
bütün uzunluğu boyunca axromatik linza və difraksiya şəbəkəsi, digər ucunda isə
- dəlik və güzgü yerləşdirilmişdir.
İlk sınaqlardan sonra Vud
bir müddət ərzində haraya isə getmişdir, iyunda qayıtdıqdan sonra isə aşkar
etmişdir ki, hörümçəklər borunun içinə keçə bilmiş və orada çoxlu torlar
hörmüşdülər. Çox fikirləşmədən Vud öz pişiyini götürmüş, onun tərəfindən bir
qədər müqavimət ilə pişiyi borunun bir ucuna dürtməyə müvəffəq olmuş, sonra da
borunu bağlamışdır. Pişik də həmin tunel ilə işığa doğru sürünməyə məcbur
olmuşdur. O, borunun digər ucundan çıxmış və dalınca bir şleyf hörümçək toru
çıxarmışdır, və qorxaraq hasardan hoppanmışdır. Lakin spektroskopun borusu
tordan təmizlənmişdir.
Bu əhvalat haqqında onu bir
qədər bəzəyərək və yeni təfərrüatları əlavə edərək, bir çox qəzet və jurnallar
yazmışdır. O yerə çatmışdı ki, jurnalistlərdən biri az qala pişiyi Vudun
mütəmadi olaraq bu nömrəni həyata keçirən assistenti kimi qələmə verdi. Guya
ki, borunu təmizləməyə ehtiyac olduqda Vud pişiyə deyirmiş ki: "Piş, piş! Bura
gəl və spetroskopu hörümçək torundan təmizlə”.