4) Sürtünmə qüvvəsi.
Uyğunluğu yaradın
Variant 1
Suallar.
A) Buz bağlanmış səkiyə qum səpirlər. Nə üşün?
B) Nə üçün torpaq yol yağışdan sonra sürüşkən olur?
C) Nə üçün yağlanmış kağızda qələmlə yazmaq mümkün olmur?
D) Xizəklə sürətlə sürüşmə zamanı sürtkü yağ seçiminin əhəmiyyəti nədən ibarətdir?
E) Məənğənin dodaqlarındaki cizgilərin əhəmiyyəti nədən ibarətdir?
Cavablar
1. Sürtünmə qüvvəsinin səbəbi toxunan səthlərin kələ-kötür olmağıdır
2. Sürtünən səthlər arasında olan yağ təbəqəsi sürtünmə qüvvəsini azaldır
3. Maye cisimlərdə hissəciklər bərk cisimlərə nisbətən daha hərəkətlidir. Maye cisimlərin təbəqələri arasaındakı sürtünmə qüvvəsi bərk cisimlərin xarici səthindəki sürtünmə qüvvəsindən azdır.
Variant 2
I. Tircik üfüqi müstəvidə hərəkət edir. Sürtünmə qüvvəsinin istiqamətini göstərin
Tirciyin hərəkət istiqaməti | Sürtünmə qüvvəsinin istiqaməti |
I. İrəli II. Geri III. Sağa IV. Sola | 1. İrəli 2. Geri 3. Sağa 4. Sola |
II. Mail lövhə üzərində tirin sürüşməsi zamanı sürtünmə qüvvəsinin istiqamətini göstərin.
1. Şaquli aşağı
2. Tirin hərəkəti istiqamətində
3. Tirin hərəkəti istiqamətinin əksinə