Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya

Torpaq fizikası və ekologiyası

 

Torpağın dağılma amili

Necə meydana gəlir

Təhlükəli təsiri

Bu amilin təsirini necə azaltmalı

Mexaniki işləmə

Nəqliyyat və dartıcı vasitələrin təzyiqi nəticəsində

Torpağın keyfiyyətinin pisləşməsi, qumlu və gilli təbəqələrin torpağın səthinə çıxarılması, torpağın sıxlaşdırılması, onun üst təbəqəsinin toz halına salınması

Mini traktorlardan, orta güclü traktorlardan istifadə etməli

İstehsalat tullantıları ilə çirklənmə

İşlənmiş suların, məhlulların, şlakların lazımi qaydada təmizlənmədən atılması nəticəsində və s.

Güclü zəhər-dioksidlərin kimyəvi reaksiyası nəticəsində torpaqda yaranma

Təmizləyici qurğular quraşdırmalı, əkin yerində zibil yandırmamalı. Zərərli istehsalatlar, avtomagistrallar, dəmir yolları yaxınlığında torpağı qazmamalı

Kimyalaşdırma

Gübrələrin və zəhərli kimyəvi preparatların istifadəsi nəticəsində

Torpağın eroziyası, və orada zərərli maddələrin yığılması

Üzvi gübrələrdən istifadə etməli, torpağa  çürümüş peyin verməli

Su meliorasiyası

Daimi suvarma nəticəsində

Qrunt sularının qalxması və torpağın şoranlaşması

Meliorasiyanı düzgün tətbiq etməlim (elmi əsaslarla)