Uçmağa hazırlaşın!
NASA alimləri laborotoriya siçovulunun levitasiya etməsi üçün kifayət qədər güclü maqnit sahəsi yarada biliblər. Levitasiya – cazibə qüvvəsinə güc gələrək əşyanın havada qalmasına, "uçmasına” deyilir. NASA alimlərinin etdiyi bu təcrübə böyük kəşf sayıla bilər.
Kaliforniyada yerləşən Reaktiv Dartıcı Qüvvə laborotoriyasının əməkdaşları superkeçirici maqnit yaradıblar. Bu maqnit siçan boyda heyvanın yerdən qalxıb havada qalması üçün kifayət qədər enerji toplaya bilir. Bu zamana qədər bu cür təcrübələr daha kiçik heyvanlar, məsələn qurbağa və böcəklər üzərində aparılsa da, bu dəfə nisbətən iri heyvanı qaldırmaq mümkün olub. Qeyd olunan superkeçirici maqnit siçanın bədənindəki suyu yuxarı itəyərək onu uçmağa vadar edir. Daha doğrusu, maqnit sahəsi siçanın qanındakı duz ionları və sair minerallara təsir edərək onları yerdən ayırır.
Maraqlıdır ki, həmin maqnit otaq temperaturunda işləyir. Bu da ilk dəfə baş verib. Təcrübə zamanı iki siçandan istifadə olunub. Birincisi, uşmağa başlayarkən qorxudan hərəkət etməyə başladı. Sürtünmə gücü olmadığından siçanın fırlanma sürəti çoxalırdı. Odur ki, ikinci siçana sakitləşdirici maddə verildi. "Sərxoş” siçan öncəkindən fərqli olaraq uçmağı bəyəndi.