Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
VIII sinif

VIII sinfin sonunda şagird:


• istilik və elektromaqnit (elektrik) hadisələrinin mahiyyətini, qanunauyğunluq¬larını izah edir, sadə məsələlər qurur və həll edir;
• elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətlərin tətbiqinə dair məsələlər həll edir;
• maddələri fiziki xassələrinə görə fərqləndirir, sadə məsələlər qurur və həll edir;
• maddənin aqreqat hallarını molekulların düzülüşünə, hərəkətinə və qarşılıqlı təsirinə görə fərqləndirir;
• təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinə dair məsələlər qurur və həll edir;
• istilik və elektrik hadisələrinə aid təcrübələr qoyur, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır;
• istilik texnikasının iş prinsipini izah edir və onun yaranmasında fizika elminin rolunu dəyərləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.


Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəb¬lərini şərh edir.
1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
1.1.4. İstilik hərəkəti və elektrik hadisələrinin qanunauyğunluqlarına aid topladığı məlumatları şərh edir 

2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.

Şagird:
2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir. 
2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir.
2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.

2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir.
2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir. 

3. Eksperimental fizika və müasir həyat.

Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablama¬lar aparmaqla nəticələri təqdim edir.

3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1.Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə əsaslanan qurğuların iş prinsiplərini izah edir.
3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.