Yaşayış yerinin fizikası və ekologiyası
Təhlükə amili | Təhlükəli təsir | Necə meydana gəlir | Bu təsiri necə azaltmalı (ondan necə qaçmalı) |
Radon | Yüksək radiasiya | Radon yaşayış yerinə qruntdan hava ilə birlikdə daxil olur | Döşəmələrin germetizasiya, zirzəminin havalandırılması və otaqların havasının dəyişdirilməsi |
İnşaat materiallarının radioaktivliyi | Yüksək radiasiya | İnşaat materialların (xüsusən vulkanik mənşəli – qranit, süngər daşı, tuf) tərkibində radioaktiv suxurlar mövcuddur | Radioaktiv inşaat materiallarından istifadəyə yol verməməli, otaqlardakı radiasiyanın səviyyəsinə nəzarət etməli |
Məişət kömürü (isitmə və qida hazırlamaq üçün) | Kül və tüstünün radiasiyası | Kömürün tərkibinə radioaktiv aşqarlar daxildir | Kömürün radioaktivliyinə nəzarət etməli |
Elektromaqnit dalğaları | İnsanın səhhətinin pisləşməsi | Onlar elektrik ötürücü xətləri, elektrik ötürücüsü, radio- və teleaparaturadan saçılır | EÖX-nə yüz metrdən yaxın ev tikməməli, radio- və televiziya qurğularının iş vaxtını məhdudlaşdırmalı, onlardan bilavasitə yaxın olmamağa çalışmalı |
İçməli su | Bərk hissəciklərin qatışıqlarının, həll olmuş bərk cisimlərin orqanizmə keçməsi | Mənbələrin turşu yağışları, sənaye tullantıları ilə çirklənməsi | Suyun təmizlənməsi üçün filtrlərdən istifadə etməli |
Akustik fon | Səs fonu 20-30 dB artırıldıqda və səsdə infra- və ulrasəslər olduqda səhhətin pisləşməsi | Sənaye müəssisələrinin nəqliyyat magistralların işi nəticəsində | Pəncərələrdə üçüncü şüşəni və ya səsboğucu şüşə paketlərini quraşdırmalı. Məişətdə səs mənbələrinin məhv etməli (məsələn, boru və kranların "uğuldaması”). Sakit danışıq və musiqi. |