Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

16 yaşlı qız dörd əsrlik problemi həll elədi
 
Anspress xəbər verir ki, Almaniyada 16 yaşlı yeniyetmə alimlərin 4 əsr baş sındırdığı riyazi problemi həll edib. 12 yaşı olarkən ailəsi ilə Hindistandan Drezden şəhərinə köçmüş Şüriyyə Rey elementar zərrəciklərin dinamikasıyla bağlı 2 mürəkkəb tənliyi yerinə yetirib. Problem topun uçuş trayektoriyasını hesablamaq və divara dəydikdən sonra hansı şəkildə yerə düşəcəyini öncədən bilmək üçün 350 il əvvəl ingilis alimi İsaak Nyuton tərəfindən ortaya qoyulub.

Rey həllini tapdığı riyazi problemlərlə ilk dəfə 11-ci sinifdə oxuyarkən tanış olduğunu deyib. Tənliklərin sirrini tapmağına gəldikdə isə Rey bunu "məktəbli sadəlövlüyü” ilə izah edib.

"Hər dəfə özümə sual verirdim: Məgər bunu edə bilmərəm?” - deyə Rey tənliyin mümkünsüzlüyünü qəbul edə bilmədiyini etiraf edib. Ən maraqlısı isə ondadır ki, əsrlərin riyazi problemini həll etmiş "vunderkind” yeniyetmə gələcək ixtisas seçimində tərəddüd edir. Belə ki, o yaxın zamanlarda riyaziyyat və ya fizika üzrə təhsil almağa qərar verməlidir.


 
 
Всего комментариев: 1
нет аватара
18.09.2013
   
  • Комментарий: #1
bravo o qiza.halaldi
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]