Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

2014-cü ilin unikal ixtiraları məlum oldu
 
"Time" jurnalı son 12 ayda dünyaya təqdim edilmiş ən vacib innovativ məhsulların siyahısını dərc edib. Lent.az-n mincom.gov.az-a istinadən verdiyi məlumata görə, bu siyahı yeni icad edilmiş texnoloji cihazların qiymətləndirilməsi nöqteyi-nəzərindən maraqlı olub. Reytinq cədvəlində "Apple Watch", təhlükəsiz "Blackphone", həmçinin "selfi" üçün ştativ və "Microsoft Surface Pro 3" planşeti ən üst sıralarda qərarlaşıb.

"Apple Watch"

Cari ilin sentyabrında təqdim edilmiş, amma hələ satışa çıxarılmayan "ağıllı" saat "Top-25"-likdə altıncı və cihazlar arasında birinci pillədə qərarlaşıb. Nəşrin səhifəsində bu cihazın təsvirində yazılıb ki, "Apple Watch" yalnız "ağıllı" saat deyil, həm də kiçik portativ kompüterdir.

"Bu saat özündə sensor ekranı və fiziki düymələri birləşdirir. Qurğu mesaj göndərə, göstərişlər verə, insan orqanizminin göstəricilərini izləyə və kontaktsız ödənişlər edə bilər" – nüfuzlu nəşrin jurnalistləri bildiriblər ki, "Apple Watch"ın buraxılışı ilə daşınan cihazlar bazarı yüksək inkişaf mərhələsinə qədəm qoyacaq.



"Blackphone"

İspaniyanın "Geeksphone" startapı və "Silent Circle" şifrlənmiş rabitə firması tərəfindən hazırlanmış "Blackphone" dünyanın ilk təhlükəsiz smartfonu kimi təqdim edilib. Aparat telefon zənglərini, elektron məktubları, internet səhifələrini, baxılan mətnləri şifrləyə bilir. Qurğu həmçinin istənilən GSM daşıyıcı ilə işləyir.

"Microsoft Surface Pro 3"

Bu planşet noutbukları əvəz etmək üçün yaradılıb. "Surface Pro 3" – "Microsoft"un istehsalı olan ən nazik və yüngül planşetdir. Eyni zamanda, tamölçülü noutbuk kimi eyni gücə malikdir.

Planşet nəfis dizayna, dördüncü nəsil "Intel Core i3" prosessoruna , 4 QB əməli yaddaşa, 64 QB tutumunda sərt diskə və daxili "MicroSD" rartriderinə malikdir. Bu planşet sübut edir ki, artıq noutbuklar dövrü bitir.


"The Selfie Stick"

"Selfi" üçün ştativ – bu, fotoportretlərin yaradılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Elə bu səbəbdən də, ilin texnoloji cihazı koteqoriyasına daxil edilib.

Qaynaq: Lent.az
 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]