Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Ayda evlər tikiləcək, qəsəbələr salınacaq
 
Britaniyadakı məşhur Foster&Partners memarlıq bürosu Ay səthində binaların tikilməsi üçün 3D surətçıxarma texnologiyasından istifadə olunmasının imkanlarını araşdırmağa başlayıb.

Büro Avropa Kosmik Agentliyinin (ESA) bu sahədə apardığı işlərə qatılıb.

Daily Mail-ə istinadən bildiririk ki, ESA Ay səthində binaların inşasının mümkünlüyünün araşdırılması məqsədilə konsorsium da yaradıb.

Aya Yerdən inşaat materiallarının daşınmasının çox baha və çətin olması ucbatından tikintidə Ay qruntu, yəni reqolitdən istifadə imkanları təhlil olunur.
Ayda 4 insanı qamma-radiasiya, temperatur sıçrayışları və meteoritlərdən qoruyacaq evin özülü Yerdən raketlə göndəriləcək baza silindrik modul olacaq.
Modulun üzərinə çəkiləcək üfürmə günbəz isə sonradan robotlaşdırılmış 3D printer vasitəsilə istehsal ediləcək reqolit müdafiə layının əsasını təşkil edəcək.

İnşaat materiallarının sərfiyyatını minimuma endirmək üçün lay köpüklü struktura malik olacaq.

ESA-nın yaratdığı konsorsiuma Foster&Partners ilə yanaşı, İtaliyanın Alta SpA və Britaniyanın Monolite UK şirkətləri də daxildir.

Konsorsium 1,5 ağırlığında Ay evini artıq inşa edib və bu evin kiçik modelinin 3D surətini çıxararaq vakuum məkanda sınaqdan keçirib.



 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]