Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Ayın anası Yerdir?
 

Ay planetimizlə toqquşanda səthində olan su və yüngül elementlərin tam əksəriyyətini Yerə verib.

Alimlər indiyədək hesab edirdilər ki, Ay planeti Yerin "ulu babası" olan Teya protoplaneti ilə toqquşma nəticəsində yaranıb. Toqquşma Teya və proto-Yerdən kosmosa materiyanın atılmasına səbəb olub, həmin materiyadan da Ay yaranıb.

Alimlər onu da vurğulayırdılar ki, Ayın kütləsinin 40 faizi Teya, 60 faizi isə Yerdən qopmuş maddələrdən yaranıb. Lakin Yer və Aydakı süxurlarda titan və digər məddələrin izotopları bərabər olduğundan bu nəzəriyyəyə şübhələr yaranmışdı.

ABŞ-ın La-Hoya şəhərindəki Skripps Okeanoqrafiya İnstitutunun professoru Ceyms Deyin başçılıq etdiyi alimlər qrupu "Apollon" ekspedisiyasının Aydan gətirdiyi süxur nümunələri fraqmentlərinin kimyəvi və izotop analizini aparıblar. Məlum olub ki, həmin süxurlarda Yer qatı və asteroidlərdə çox geniş yayılmış sink faktiki olaraq yoxdur.

Bundan başqa, Ay süxurlarında sink-64 və sink-66 izotoplarının miqdarı çox qəribə idi.

Belə ki, Ay süxurlarında sink-66-nın miqdarı Yer və Marsla müqayisədə 3-4 dəfə, sink-64 isə Ay və asteroidlərlə müqayisədə 2-3 dəfə artıqdır.

Astronomlar izotoplar tərkibində bu fərqi aşkarlamaq üçün Ayın formalaşma ssenarisindəki müxtəlif dövrlərdəki kimyəvi dəyişiklikləri araşdırıblar. Məlum olub ki, sinkin belə miqdarı yalnız Ayın çox hissəsinin və ya onun bütünlüklə əriməsi zamanı əriyərək qaynar materiyaya çevrilməsi zamanı yaranır.

Həmin situasiya isə yalnız Ayın "atası" Teyanın Yerlə toqquşması nəticəsində formalaşa bilərdi.













Qaynaq : Milli.az

 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]