Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Azərbaycanda nanotexnologiyalar üzrə laboratoriya yaradılıb
 
"Hi-Tech” məhsullarının hazırlanması və kommersiyalaşdırılması üçün çip texnologiyası da quraşdırılacaq

Hesabat dövründə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində olan Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində nanotexnologiyalar üzrə laboratoriyanın quraşdırılması başa çatıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, hazırda laboratoriyada tədqiqat və yüksək nanotexnologiya əsaslı məhsulların alınması üzrə işlər aparılır.

Labarotoriyada nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması istiqamətində işlər aparılır. Hazırda rəngli və ağ işıq mənbələrinin (İşıq diodları) prototipləri hazırlanıb, özünüquraşdırma üsulu ilə profirin nanoboruları alınmış və xassələri tədqiq olunur. Nanohissəciklərinin ölçüləri 50 nm olan maqnit nanomaye alınıb. Alınan nanoboruların və maqnit mayenin nanohibridinin alınması nəzərdə tutulur ki, bu da onların xəstə orqanlara ötürülməsinə imkan verəcək. Mərkəzdə istifadə olunan avadanlıqlar nəinki LED texnologiyası, həmçinin nanoelektronika üçün yararlı, universal avadanlıqlardır.

Bu sahədə aparılan işlərin keyfiyyətinin artırılması və ən son texnologiyalar əsasında daha yüksək nəticələrin alınması üçün layihənin ikinci mərhələsi olaraq, çip texnologiyasının qurulması nəzərdə tutulub. Çip texnologiyasının əsasını MOCVD (Metal-Orqanik-Kimyəvi-Qaz-Çökdürmə) texnologiyası təşkil edir, bu texnologiya olmadan və inkişaf etdirilmədən Azərbaycanda "Hi-Tech” məhsullarının hazırlanması və kommersiyalaşdırılması mümkün deyil. MOCVD texnologiyası informasiya-kommunikasiya, energetika, yüksək təhlükəsizlik və başqa sistemlərdə istifadə olunan bütün növ çiplərin, o cümlədən "Dual band Image Sensor”un (iki zonalı sensorların) işlənib hazırlanmasına imkan verəcək.



 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]