Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Azərbaycanlı alim Nobel medalı mükafatı aldı
 

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, Moskvada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın elm adamının iştirakı ilə dünya alimlərinin əldə etdiyi naliyyətləri qiymətləndirmək üçün beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbir Avropa Elmi və Sənayə Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyəti, Avropa Təbiət Elmləri Akademiyası, "Publishing House" Təbiət Elmləri Akademiyası və tanınmış beynəlxalq elmi jurnalların redaksiya heyətinin təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Elmi Tədqiqat Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev mükafata layiq görülüb. RTEA-nın beynəlxalq "Fundamental və tətbiqi tədqiqatlar", eləcə də "Elm və təhsilin müasir problemləri" jurnalında dərc olunmuş məqalələr aktual problemlərə həsr olunan elmi nailiyyətlər kimi qiymətləndirilib, müəllif A.Nobel medalı mükafatına layiq görülüb. "Azərbaycanda dağ əkinçilik şəraitində istifadə olunan impulslu yağışyağdırmanın distansion avtomatlaşdırılmış idarəetmə sistemləri" və "Azərbaycanda becərilən dağlıq ərazi torpaqlarının eroziyadan mühafizəsinin elmi əsasları" sərlövhəli məqalələr sertifikatla təltif olunub və "Rusiya milli elminin qızıl fondu"na daxil edilib.

Eyni zamanda, RTEA-nın professoru seçilən və A.Nobel medalı döş nişanı ilə təltif olunan Z.Əliyevin soyadı "Rusiyanın tanınmış alimləri" elektron ensiklopediyasına daxil edilib.

Qaynaq: news.milli.az


 

 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]