Sorğu
    Saytımız necədir?
    Всего ответов: 169
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Bakıda Günəş tutulması 7 dəqiqə çəkdi
 
Noyabrın 3-də ay növbəti dəfə Günəş tutulması baş verib. "Hibrid Günəş tutulması" olaraq xarakterizə edilən təbiət hadisəsini Amerika Birləşmiş Ştatları, Avropa və Afrikada görmək mümkün olub. Günəş tutulması dünyanın bəzi bölgələrində qismən görünüb. Bu təbiət hadisəsini isə daha yaxından izləmək Keniyanın şimalında, əsasən Nayrobi sakinlərinə nəsib olub. Təbiət hadisəsini izləmək üçün xeyli sayda turist Nayrobiyə toplaşıb. Sakinlər isə bunun üçün əvvəlcədən xüsusi eynəklər də alıblar. Tutulma hadisəsi bütün Qafqazda günün batmasına az qalmış baş verdiyi üçün ölkəmizdə qısa müddətli müşahidə olunub.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılovun sözlərinə görə, saat 14:06-da başlayan Günəş tutulması saat 19:28-də sona çatıb. Günəş tutulması əsasən Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə edilib. Bakıda isə Günəş tutulmasını noyabrın 3-də günəş batana yaxın bir müddət ərzində, saat 17:24-dən müşahidə etmək mümkün olub. Bu zaman Ayın diski Günəşin diskinə toxunub. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik hissə qaralmağa başlayıb. Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə edilib.

Xıdır Mikayılovun sözlərinə görə, il ərzində bir neçə dəfə bu kimi təbiət hadisəsi insanlarda bir sıra qorxu yaradır: "Bu proseslərin bioloji olaraq insana heç bir ziyanı yoxdur. Sadəcə olaraq bəziləri psixoloji olaraq qorxu yaşayır”.

Mütəxəssislər "hibrit tutulma" zamanı xüsusi təhlükəsizlik tədbirləri olmadan günəşə baxmamağı tövsiyyə edir.

Qaynaq: Lent.az
 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]