Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Çində ən güclü kollayder tikiləcək
 
2028-ci ilədək Çində elektron-pozitron kollayderin tikintisi planlaşdırılır. Yaxın iki ildə alimlər layihənin ilkin smetasını təqdim edəcəklər. Nəzərdə tutulan kollayderin dairəsinin uzunluğu 52 kilometr təşkil edəcək ki, bu da Böyük Adron Kolleyderinin (BAK) dairəsinin uzunluğundan iki dəfə uzundur. Həmçinin elektronları sürətləndiriləcək enerji bir neçə yüz qiqaelektronvolta çatacaq. Hazırda üç milyard dollar məbləğində qiymətləndirilən maliyyələşmənin həcmindən asılı olaraq layihənin uzunluğu 80 kilometrədək artırıla bilər. Maliyyələşmənin əsas iştirakçısının Çin tərəfi olacağı nəzərdə tutulur, lakin maraq göstərən xarici tərəfdaşların da cəlb edilməsi istisna edilmir. Milli.Az ICTnews-a istinadən bildirir ki, sürətləndiricinin adron kollayderi rejimində fəaliyyət göstərməsi ayrıca müzakirə olunur. Enerji hissəcikləri – sürətləndiricinin hesablandığı adronların gücü 70 teraelektronvolt (TeV) təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, hazırda BAK-da dairə sürətləndiricisinin enerji hissəciklərinin 8 TeV-dən 14 TeV-dək modernləşdirilməsi həyata keçirilir. 80 kilometrlik sürətləndiricinin inşası ilə bağlı qərarın qəbul olunacağı təqdirdə onun gücü protonları 100 Tev-dək sürətləndirməyə imkan verəcək. Çin alimləri qeyd edirlər ki, onlar gələcək kollayder üzərində iş üçün elementar hissəciklər fizikası üzrə mütəxəssislərin (Çində bu sahə üzrə mütəxəssis çatışmazlığı var) cəlb olunmasında maraqlıdırlar. Bununla yanaşı, çinlilər təkcə xarici alimlərə ümid etmək niyyətində deyillər. Lepton kollayder sürətləndirici dairəsində leptonların (ilk növbədə elektronlar və onların əks hissəcikləri olan pozitronlar) sürətləndirilməsi və toqquşması üçün nəzərdə tutulub. Bu göstəricilərə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) BAK-a çevrilməmişdən əvvəl Böyük Elektron-Pozitron Kollayder qurğusu malik olub. BAK-dan sonra ABŞ-da yerləşən ikinci güclü sürətləndirici Tevatron da əsasən protonları toqquşduran adron kollayderlər sinfinə aiddir. Dairəsinin uzunluğu 6,3 kilometr təşkil edən sürətləndirici hissəciklərin bir TeV-dək enerji ilə toqquşmasına hesablanıb. Hesab edilir ki, leptonların toqquşmasının öyrənilməsi Hiqqs bozonunun mənşəyini, xüsusilə onun daxili strukturunu daha yaxşı anlamağa imkan verəcək. Adronlardan – bir-birinə sıx bağlı və kvarklardan ibarət materiya hissəciklərindən fərqli olaraq leptonlar daxili strukturu ilə bağlı məsələnin açıq olmasına görə hazırda əsl elementar hissəciklər hesab edilir. Məlumat üçün bildirək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur. Qurğu CERN-in rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində tikilib. Qaynaq: Milli.az
 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]