Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Elektron tullantıları hara tullayaq?
 

 

 

Qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsi ilə formalaşır.

Gün.Az-ın Yurd TV-yə istinadən verdiyi xəbərə görə, son illərdə dünyada İKT-nin sürətli inkişafı xüsusilə kompüter texnikasının yenilənməsinə gətirib çağırıb.

Bu isə o deməkdir ki, bu vasitələr hansı sürətlə yenilənirsə, o sürətlə də köhnəlir, istifadəçilərin artan tələbatına cavab vermir və nəticədə tullantıya çevrilir.

Tədqiqatlara əsasən ildə təxminən 500 milyon tona yaxın elektron tullantı ətraf mühitə atılır. Bəzi İEÖ-lərdə fiziki cəhətdən köhnəlmiş elektron cihazların yenidən emalı üçün təkrar emal zavodları tikilir. Buna baxmayaraq heç bir ölkə tullantıya çevrilmiş elektron avadanlığı tam emalına nail ola bilmir.

Bəs Azərbaycanda elektron tullantılara nəzarət necə həyata keçirilir? Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Rəşid Ələkbərov deyir ki, Azərbaycanda elektron tullantılarla bağlı hüquqi baza olmadığı üçün bu sahədə vəziyyət elə də ürəkaçan deyil.

"Problemə iki cür yanaşma var. Ya kompüter fiziki cəhətdən köhnəlib, istifadəyə yararsızdır. Bunun emal olunması necə həyata keçirilir. Və bir də bildiyiniz kimi kompüterlərin özlərinin yenilənmə parkı hər iki-üç ildən bir dəyişilir. Belə olan halda iki cür kompüter toplusu yaranır, fiziki aşılanmış istifadəyə yararsız və bir də var işçi vəziyyətdə olub, amma o istifadə olunmayan. Dövlət müəssisələrində kompüterlərin hesabdan silinməsi üçün 6-9 il lazımdır. Buna görə də kompüterlər otaqların zirzəmilərində qalır.

 

 

 Bu sahədə əsas problemlərdən biri də tullantıların bir ölkədən digərinə daşınmasıdır. Bu barədə daha ətraflı Yurd TV-nin aşağıdakı buraxılışında baxa bilərsiniz.

 

Qaynaq: gun.az

 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]