Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

"Garmin" idmançılar üçün "ağıllı" saat buraxıb
 
“Garmin” idmançılar üçün “Forerunner 920XT” smart saatını təqdim edib. Bu haqda şirkətdən bildirilib. “Android” smartfon və ya “iPhone” ilə əlaqələndirilmiş “Forerunner 920XT” qurğusu SMS və zənglər haqda bildirişləri göstərir, təqvimdəki qeydləri yada salır və s. Bundan başqa, “ağıllı” saatda qət edilmiş məsafə, sərf edilmiş kalori haqda informasiya görünür. 2015-ci ilin əvvəlində bu saatlara kənar istehsalçıların tətbiqlərini quraşdırmaq imkanı olacaq. Əksər “ağıllı” saatlardan fərqli olaraq, “920XT”-də ekran sensor deyil. "ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, saat 50 metrədək suya enməni dəstəkləyir və velosipeddə qaçış, üzgüçülük və hərəkət zamanı fiziki aktivliyi qeydə alır. Qət edilmiş məsafənin yerini dəqiq təyin etmək üçün daxili GPS/QLONASS qəbuledicisindən istifadə olunur. GPS qəbuledici daima qoşulu olduqda avtonom iş vaxtı 24 saat təşkil edir. Əvvəlki modellə müqayisədə saatın çəkisi daha yüngül olub: qalınlığı 12.7 mm, çəkisi 61 qr təşkil edir. ABŞ-da qurğunun qiyməti 450 dollardır. Cihaz “Windows”, “OS X”, “iOS” və “Android” platformalarını dəstəkləyir. Qaynaq: Milli.az
 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]