Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

İlk emosiyalı robotlar bir dəqiqəyə satıldı
 
Yaponiyanın “Softbank Corp.” şirkəti insan emosiyalarını anlayan “Pepper” robotlarının hamısını bir dəqiqəyə satıb.

İKT.lent.az-ın “TASS”a istinadən xəbərinə görə, şirkət hazırda əlavə sifarişlər qəbul etməyə hazır olmadığını açıqlayıb.

214 min yen (1,7 min dollar) qiymətinə olan insanabənzər robotlar üçün onlayn sifarişlərə şirkət yerli vaxtla 10:00-da başlayıb. Satışa çıxarılan qurğuların ilk partiyası 1000 ədəd təşkil edib.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, robot çoxlu kamera və ötürücülərlə təchiz edilib. Bu, ona insan emosiyalarının bütün spektrini - sevinc, kədər, qorxu, həyəcan, əsəb hisslərini müəyyən etməyə imkan verir. Vəziyyətdən asılı olaraq “Pepper” zarafata cavab olaraq gülə və ya sahibini sakitləşdirə bilər.

“Robot şərait və insanın üz ifadəsindən asılı olaraq müxtəlif vəziyyətə düşməyə qadirdir. O, insanı ruhlandıra, özünü fəal apara, bəzən isə tənhalıq hiss edə bilər”, - "Softbank” prezidenti Son Masayesi deyib.

Son vaxtlar robotlar Yaponiyanın istehsal və xidmətlər sahəsinə aktiv tətbiq edilir. İyunun 17-də hökumət robotların daha perspektivli sənaye müəssisələrində və xidmətlər sahəsində tətbiqinə yardıma dair proqram qəbul edib. Bunda məqsəd robotların modernləşdirilməsinin sürətləndirilməsi və işçi qüvvəsinin çatışmazlığı və qocalması şəraitində əmək məhsuldarlığının artırılmasıdır.

Qaynaq: Lent.az
 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]