Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

NASA Marsda astronavtlara ev inşa etmək üçün layihə müsabiqəsi keçirib
 
NASA maye halında su tapılan Marsda insan məskəni yaratmaq məqsədilə memarlıq müsabiqəsi keçirib.

İKT. lent.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, NASA mütəxəssislərdən 3D çap texnikası ilə 4 astronavtın yaşayacağı 100 kvadrat metrlik bir məkanın layihəsinin hazırlanmasını istəyib. Kosmik agentliyin yaxın dövrdə qırmızı planetdə insan məskəni yaratmaq niyyətinin ciddiliyini ortaya qoyan bu müsabiqəyə 168 layihə təqdim edilib. Layihələr seçimində inşaatın nə dərəcədə mümkünlüyü, tikintidə istifadə olunacaq materialların Marsda bol olması və məkanın təhlükəsizliyinin etibarlılığı kimi faktorlar əsas götürülüb.

Beynəlxalq səviyyədə tanınan bir çox qrupun qatıldığı müsabiqədə türk memar Güvənc Özəlin layihəsi finala qalaraq 4-cü olub. G. Özəl və uğur qazanmış digər azsaylı memarlar qrupu təklif etdikləri texnologiyaların inkişafı üçün NASA-dan maliyyə alacaq və Marsda inşaat başa çatana qədər çalışmalarına davam edəcəklər.

Güvənc Özəl və komandası Marsda çox geniş yayılmış bazalt qayalarının işlənməsi və lif material halına gətirilməsi ideyasını irəli sürərək daha əvvəl istifadə olunmamış inşaat texnologiyası ortaya qoyub və NASA jürisi tərəfindən yüksək qiymət alıb. Layihədə fotosintezi təqlid edən süni sistemlə Mars atmosferindəki karbondioksidin karbon və oksigen atomlarına parçalanması nəzərdə tutulur. Ayrılan karbon karbonfiber şəklində işlənir, oksigen isə ya anbara yığılaraq astronavtların istifadəsi üçün saxlanılır, ya da atmosferə geri buraxılır. İşlənən bazalt və karbon lifləri robotlar vasitəsilə hörülür və Güvənc Özəlin qrupundakı mütəxəssislər tərəfindən kəşf olunan xüsusi kimyəvi maddə ilə sərt hala gətirilir. Xammalın liflərinə daxil edilmiş fiberoptik və ötürücü kabellər vasitəsilə enerji və informasiya axını məkanın içərisinə inteqrasiya edilir. Bu texnologiya sayəsində divarların içərisinə ayrıca kabellər çəkməyə ehtiyac qalmır.

Qeyd edək ki, ABŞ-da yaşayan Güvənc Özəl “Özel Office” memarlıq ofisinin sahibidir. Ofis müxtəlif sensorlar və 3D çap üzrə tədqiqatlar aparır. İzmirdə dünyaya gələn mütəxəssis Türkiyədə Robert Kollecində, ABŞ-da isə Benninqton Kollecində oxuyub və Yel Universitetində magistr dərəcəsi alıb.

NASA-nın müsabiqəsində ilk 3 yeri tutan qeyri-adi və ağlasığmaz layihələrə gəldikdə isə, 1-ci yerə “Buz Ev” layihəsi layiq görülüb.

“SEARCH/Clouds Architecture” şirkətinin layihəsinə əsasən hazırlanacaq 3D printerin su istifadə edən kartrici olacaq. Çapdan əvvəl suyu müəyyən temperaturda isidən printer evi inşa etməyə başlayır. Marsdakı 63 dərəcəlik şaxtanın təsiri ilə inşa edilən sahə dərhal donur. Beləliklə, Marsın iqliminə uyğun ev inşa edilir.

İkinci yeri “Foster+Partners” memarlıq şirkətləri tutub. Onların layihəsində Marsda yer səthində deyil, yerin altında yaşayış sahəsi qurulması ideyası əksini tapıb. Bunun üçün 3 fərqli robot tipinin layihəsi hazırlanıb. Robotlardan ən böyüyü Mars səthində yeri qazaraq irəliləyir. Ən kiçik robotlar onların arxasınca gələrək çıxan torpağı toplayır və evi inşa edəcək robotlara aparır. İnşaatçı robotlar isə mikrodalğalardan istifadə edərək çıxan torpağın 3D printerlə işlənməsini təmin edir və xüsusi məkan halına gətirir.

Üçüncü sıraya “Lavahive” komandasının qübbə və asanlıqla sökülüb yığıla bilən hissələrdən ibarət modulyar layihəsi layiq görülüb. 3D printerlərlə Marsda inşa olunan bu layihə hər cür hava şəraitinə davamlıdır. Astronavtlar xüsusi maşınlarla evdən çıxır və hər hansı qoruyucu geyimə ehtiyac duymurlar.

Qaynaq: Lent.az
 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]