Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Nazir müavini: “Azərbaycan bir peyklə kifayətlənməyəcək...”
 
Çin Azərbaycanın kosmik layihələrində iştirakda maraqlıdır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Çinin Kosmik Texnologiya Akademiyasının və "Böyük Sədd” sənaye korporasiyasının nümayəndələri ilə görüş keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov görüşdə bildirib ki, Çinlə Azərbaycan arasında qurulan əməkdaşlıq yüksək səviyyədə davam etməkdədir.

İki ölkə arasında telekommunikasiya sahəsində münasibətlərin daha da inkişaf etdiyini söyləyən İltimas Məmmədov deyib ki, kosmik sənaye üzrə əməkdaşlıq əlaqələri yeni yaranır. Azərbaycanın kosmik peykinin yaxın zamanlarda orbitə çıxarılacağını nəzərə çatdıran İltimas Məmmədov Azərbaycanın bu sahə üzrə gördüyü işlərdən danışaraq gələcək kosmik layihələr haqqında məlumatlan verib: "Biz hesab edirik ki, Çinlə kosmik sahə üzrə əməkdaşlığın daha da genişləndirilməsi hər iki ölkəyə xeyir verə bilər”.

"Böyük Sədd” Sənaye Korporasiyasının vitse-prezidenti Qau Ruofey Azərbaycana üçüncü dəfədir gəldiklərini və hər gəlişində Bakının sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan regionun lider ölkəsi olduğundan Çin həm telekommunikasiya, həm də kosmik sahə üzrə əməkdaşlıq etmək niyyətindədir, hər iki sahə üzrə əməkdaşlıq region üçün də böyük fayda verə bilər. Çinin Kosmik Texnologiya Akademiyasının həyata keçirdiyi layihələrdən danışan Qau Ruofey ən son proqramlarının Türkiyə ilə bağlı olduğunu, bu ilin sonlarına qədər Türkiyənin "Turkcell” şirkəti üçün kosmik fəzaya peyk çıxarmağı planlaşdırdıqlarını söyləyib. Son zamanlar ölkəsinin kosmik sahə üzrə böyük nailiyyətlər əldə etdiyini vurğulayan Qau Ruofey Çin şirkətlərinin Azərbaycanla sözügedən sahə üzrə əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirib: "Biz Azərkosmos-un bundan sonra elan edəcəyi tenderlərdə iştirak etmək istəyirik. İstərdik ki, siz də bizim Çində həyata keçirdiyimiz işlərlə tanış olasınız”.

Azərbaycanın bir peyklə kifayətlənməyəcəyini və gələcəkdə bu istiqamətdə layihələrin həyata keçiriləcəyini deyə İltimas Məmmədov elan olunacaq tenderlərdə Çinin də öz təklifləri ilə iştirak etməsinin faydalı ola biləcəyini qeyd edib.















Qaynaq: Lent.az

 
 
Всего комментариев: 2
нет аватара
05.02.2013
   
  • Комментарий: #2
Maraqlidi))))
нет аватара
02.02.2013
   
  • Комментарий: #1
Adamın lap kosmosa uçmağı gəlir... Sən demə FİZİKA çox maraqlı dərs imiş....
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]