Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

(R)İlk dəfə: Hyundai hidrogenlə işləyən avtomobil istehsal edir
 
Hyundai dünyada ilk dəfə hidrogenlə işləyən avtomobil istehsal edəcək. İlk 1000 ədəd Hyundai ix35 Fuel Cell avtomobili 2015-ci ildə Hyundai-ın Koreyadakı zavodunda buraxılacaq. Texnologiyada və avtomobil sənayesində bu çevriliş üzərində Hyundai Motor Company-nin Eko Texnoloji Araşdırma İnstitutu 1998-ci ildən işləməyə başlayıb. Hyundai ix35 Fuel Cell 100 kilovattlıq elektrik mühərriki ilə təchiz olunub. Mühərrik sıxılmış hidrogenin enerjisindən yaranan elektriklə işə düşür. Cəmi 5,65 kq ağırlıqda olan 2 hidrogen çəni bir doldurma ilə avtomobilin 594 km getməsinə kifayət edir. Su ilə işləyən Hyundai ix35 Fuel Cell 100 km/saat sürəti 12.8 saniyəyə yığır və maksimal sürəti 160 km/saat-dır. Yeni Hyundai modelinin artıq sifarişçisi də var: ilk 15 avtomobili Danimarkanın Kopenhagen şəhərinin meriyası alacaq. Məqsəd 2025-ci ilədək Kopenhagenin karbon tullantısı olmayan şəhərə çevrilməsinə nail olmaqdır. Hyundai avtomobilini "yanacaq”la təmin etmək üçün Kopenhagendə xüsusi məntəqə də açılıb. Brüsseldə, Berlində keçirilmiş təqdimatlarda Avropanın digər ölkələri də Hyundai-ın bu fövqəladə yeniliyinə Avropa bazarının hazır olduğunu nümayiş etdirib. Yeni avtomobilin kütləvi istehsalı da planlaşdırılır. 


  

 Qaynaq: Lent.az
 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]