Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Sensasiya: balina insan kimi danışmaq istəyirmiş
 

"Nok" adlı balina dünyadakı bütün məməli heyvanlardan və balıqlardan fərqlənirdi.

Çünki o, insanlarla ünsiyyətdən həzz alır, sevinir, şadlanır və nə qədər fantastik təsir bağışlasa da, inanılmaz olsa da, insan kimi danışmaq istəyir.
Kit sualtı mikrofona yaxınlaşır, eşitdiyi insan səslərini təkrarlayırdı.

Milli.Az Discovery-yə istinadən bildirir ki, erkək balina Nok mahnı oxuyur, dalğıcların ona dedikləri sözləri "söyləməyə" cəhd göstərirdi. Alimlərin fikrincə, unikal balina insanlarla təmas qurmağa çalışır və məhz bunun üçün də insan səslərini təqlid edirdi.
Balaca ağ balina olan Nok 5 il əvvəl ölsə də, alimlər onun çıxardığı səs yazılarının tədqiqatını davam etdirirlər.

ABŞ-ın Kaliforniya ştatında, San-Dieqo şəhərində yerləşən Milli Dəniz Məməliləri Fondunun (National Marine Mammal Foundation) alimlərinin dediklərinə görə, Nok dünyanın ən unikal balığı, sensasiya yaratmış canlı idi və onun səsinin öyrənilməsi dəniz canlılarının tədqiqatında çox böyük irəliləyişlərə nail olmağa imkan verə bilər.

Araşdırmalara başçılıq edən professor Sem Ricueyin dediyinə görə, Nok dünyada misli-bərabəri olmayan balina, unikal canlı idi.
"O, vokal mexanikasını dəyişərək insan kimi daışmağa çalışırdı. Nokun bu fenomenal bacarığnı ilk dəfə 1984-cü ildə qeydə aldıq. O, dalğıcdan soruşmuşdu: "Mən də səninlə birlikdə sudan çıxım?!" Dalğıc qarşısında üzən balinadan bu sualı eşidəndə şoka düşmüşdü".

Amerikalı alimlər bildirirlər ki, Nokun çıxardığı səslər insan nitqinə oxşar, adi balinaların səslərindən bir neçə oktava aşağı olub.

İnsandan fərqli olaraq Nok səsləri burnu ilə çıxarırdı.
Üstəlik, Nok sevdiyi dalğıcların xoşuna gəlmək, onları əyləndirmək üçün ağzından ürək formasında qovuqlar buraxmaqla əylənirdi.

Əfsanəvi Nokla bağlı geniş "Spontaneous human speech mimicry by a cetacean" araşdırması "Gurrent Biology" jurnalının son ayında dərc olunub.














Qaynaq : Milli.az

 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]