Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Şok fakt: Çin Rusiya əhalisini ütü ilə dinləyir
 

Rusiyanın "Rossiya-24” dövlət kanalı Çin istehsalı olan malların içinə yerləşdirilmiş və mobil operatorların ətraf mühiti dinləmək üçün istifadə etdiyi casusluq aparatının şəklini yayıb.

Lent.az-ın xəbərinə görə, mütəxəssislər bildirir ki, son zamanlarda demək olar, bütün elektrikli cihazlarda bu cür çiplər aşkarlanıb.

Rusiyada aşkarlanmış çip isə kiçik bir mikrofona yerləşdirilibmiş. Bildirilir ki, Wi-Fi şəbəkələrin aktiv olduğu yerlərdə 200 metr radiusda ötürmə qabiliyyətinə malikdir.

Məlumatda bildirilir ki, aşkarlanan çipli məhsulların sonuncu partiyası rədd edilərək, geriyə göndərilib, lakin bununla belə, Çindən Rusiyaya gətirilən bu cür məhsulların xeyli qismi Sankt-Peterburqda bir çox mağazalarda doludur.

 

 

Xəbərdə deyilir ki, əgər kimsə bu məhsullardan almadığını və təhlükəsiz olduğunu hesab edirsə, yanılır, çünki son dövrlərdə içlərində dinləyici qurğular olan adapterlər, oyun konsulları, kompüter ləvazimatları da bazara idxal edilib.

 

 

 

Qaynaq: Lent.az

 
 
Всего комментариев: 1
нет аватара
21.12.2013
   
  • Комментарий: #1
test
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]