Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Unikal metod: səhradan su toplanır
 
Bu məkan dünyanın quraqlıq yerlərindən biridir. Meteoroloqların dediklərinə görə, bu yerdə indiyədək əsla yağış yağmayıb. Amma alimlər dünyanın ən quru yerlərindən birini insan üçün su verməyə vadar ediblər. Milli.Az Mail Online-a istinadən bildirir ki, Çilinin Atakama səhrasında havadakı rütubət xüsusi torlar vasitəsilə suya çevrilir və çəlləklərə yığılır. Təmiz, içməli olan bu sudan sonradan yerli kənd sakinləri yararlanırlar. Habelə, alimlər bu sudan aloe-vera plantasiyasını suvarmaq üçün istifadə edirlər Tanınmış britaniyalı fotoqraf Neyl Holl Atakamaya yollanaraq metodun gerçəkləşdirildiyi prosesi çəkib. Polipropilen torların havadakı suyu toplamaq üçün çox effektiv olduğu bildirilir. Alto Pataç Elmi-Tədqiqat Mərkəzi və Universidad Catolica-nın alimlərinin birgə eksperimenti uğurlu nəticə verib. Halbuki Çili və Peru ərazisində olan Atakama səhrası o qədər quraqlıq yerdədir ki, oradakı 6885 metr yüksəklikdəki dağda belə, buzlaqlar yoxdur. Xuan Olqin Kabesas və Uqo Striter səhradakı Çanaral kəndində havadakı rütubəti toplamaqla içməli su ilə təmin edirlər. Çilinin ştmalında, İkike yaxınlığındakı Alto Pataç bölgəsində bu minvalla bağların da salınmasına başlanıb. Rütubəti toplayan torların istehsalçısı FogQuest qeyri-kommersiya təşkilatıdır. Təşkilat mənsublarının dediklərinə görə, hər 1 kubmetr havada 0,05-0,5 qram su var. FogQuest hazırda Peru, Ekvador, Qvatemala, Kabo-Verde, Eritreya, Cənubi Afrika, Yəmən, Oman, Efiopiya, İsrail və Nepalda layihələri reallaşdırır. 


  

 Qaynaq: Milli.az
 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]