Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Yeni, ikiqat planet tapıldı
 

"Planet Hunters" adlı vətəndaş astronomik layihəsinin iştirakçıları Yel Universitetinin peşəkar astronomları ilə birlikdə tarixdə ilk dəfə olaraq 4 ulduzdan ibarət sistemdə planeti aşkarlayıblar.


Milli.Az "Astrophysical Journal"a istinadən bildirir ki, 40 mindən artıq həvəskar astronomu birləşdirən "Planet Hunters" layihəsi "Kepler" kosmik teleskopu vasitəsilə 160 min ulduz barədə yığılmış məlumatları təhlil edirlər.

Onlar ulduzlar diskinin fonunda planetlərin keçidi ilə bağlı tranzitlər və parlaqlıq dəyişikliklərini təhlil edirlər.
Bu layihəni Yel Universitetinin alimləri dəstəkləyirlər.

Yeni planetin aşkarlandığı KIC 4862625 sistemi bir-birinin ətrafında 1000 astronomik vahid (1 astronomik vahid Yerin orta radiusuna bərabərdir) məsafəsində dövrə vuran 2 cüt ulduzdan ibarətdir.

İlk cütlük Günəşin kütləsinin 1,5-nə bərabər olan F spektral tipli cırtdan və 0,4 Günəş kütləli M tipli planetdən ibarət olaraq kölgələnmiş ikilidir.

Yəni ulduzlardan biri o birinin qarşısından keçir.
"Planet Hunters"in üzvləri kölgələnmiş ikiqat ulduzları təhlil edərək yeni planet aşkarlamağa çalışırdılar.

Bu ilin martında layihə iştirakçılarından biri - Robert Qalyano KIC 4862625-in parlaqlıq dəyişikliyində planet izini gördü. Kian Yekin apardığı əlavə təhlildən sonra bəlli oldu ki, iz həqiqətən planetə məxsusdur.

Bu kəşfi Havay adalarındakı Kek rəsədxanasının alimləri şüa sürətlərini ölçməklə təsdiqləyibldər.

Beləliklə, PH1 dördlü ulduz sistemində ilk planetdir. Onun radiusu Yerin radiusunun 6,18 mislinə bərabərdir. Planet ulduz cütünün ətrafında 20 günə tam dövrə vurur.


 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]