Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Главная » Файлы »

Yeni parol beyin olacaq
 
Cənubi Koreyanın internet və təhlükəsizlik məsələləri ilə məşğul olan KISA agentliyi yeni nəsil biometrik texnologiya hazırlamasını açıqlayıb.

Layihə gələcəkdə beyin və ürəkdən internetdə müxtəlif hesablara daxil olmaq üçün parol kimi istifadəyə imkan verəcək.

Biosiqnallar - məsələn, kardioqram və elektroensefaloqram barmaq izləri, qüzehli qişa və üzün skan edilməsindən sonra növbəti autentifikasiya səviyyəsidir. Yeni texnologiyalar artıq sertifikatlaşdırılıb və 2018-ci ildə istifadəyə verilməsi gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, KISA biometrik texnologiyaların tətbiqi üzrə elmi-tədqiqat komitəsi təsis edib. Bu sahədə çalışan ekspertlər Cənubi Koreyanın tibb universitetləri nəzdində fəaliyyət göstərən aparıcı klinikalarda tədqiqatlarla məşğul olurlar. Layihənin hazırlanmasında həmçinin gələcəkdə biosiqnalları öz məhsullarına tətbiq etmək istəyən biznes nümayəndələri, eləcə də telekommunikasiya sahəsi mütəxəssisləri iştirak edir.

Aparılan tədqiqatlar Asiya Biometriya Konsorsiumu ilə birləşdiriləcək. Bu, diqqəti fərdi biometrik göstəricilərin təhlilinə, mobil telefonlardan biosiqnalların oxunması üçün sensorların standartlaşdırılmasına və təhlükəsizliyə yönəltməyə imkan verəcək.

Texnologiya daşınan qurğular vasitəsilə biosiqnalların ölçülməsini və məlumatların smartfonlara ötürülməsini nəzərdə tutur.

Qaynaq: Milli.az
 
 
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]